Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Nemət Rüstəmli

Mən-Rüstəmli Neymət Qəzənfər oğlu 1987-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olmuşam.

 

Məktəb illərində yaşadığım Mingəçevir şəhərində dərc olunan “Mingəçevir işıqları”,”Sovqat” qəzetlərində şeir,hekayə və məqalələrim çap olunub.

 

2006-cı ildə orta  məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul oldum.Ali məktəb illəri yaradıcılığım və şəxsi inkişafım üçün çox məsuldar və uğurlu oldu.Belə ki, Sumqayıtda dərc olunan “Sözün sehri”,”168 saat” və Universitet qəzetində şeir,məqalə və hekayələrim çap olundu. 3 il ”168 saat” qəzetində repartyor kimi fəaliyyət göstərdim.

 

 

2011-ci ildə Müəllimlərin İşə Qəbul imtahanından yüksək bal yığaraq,(35 sualdan 32 bal) Ağdam rayon 91 saylı köçkün tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum.

 

2016-cı ildə Yerdəyişmə imtahanı verərək I Sarıcalı kənd tam orta məktəbində işləmək hüququ qazandım.Həmin İl müəllimlərin DQ-də yüksək nəticə (60 sualdan 55 bal) göstərdim.

 

 Bu illər ərzində təhsil sahəsində böyük uğurlar əldə etmişəm,şagirdlərim buraxılış və qəbul imtahanında tədris etdiyim fəndən yüksək nəticə qazanıblar.Hətta 2018-ci ildə şagirdlərim Abdullayev Elşən və İsmayılova Gülgün Respublika Fənn Olimpiadasının bütün mərhələrin keçərək Olimpiada qalibi olmuşdur.Bu fəaliyyətlərim məktəb direktoru,Təhsil şöbəsi və Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilmiş,Fəxri ada layiq görülmüşəm.

 

2011-ci ildə Ağdamın Baharlı qəsəbəsində şəhid,qazi və aztəminatlı ailələr üçün təşkil etdiyim ödənişsiz “Baharlı Təhsil Mərkəzi” artı 10 ildir uğurla fəaliyyət göstərir.100-lərlə məzunumuz BDU-nun Hüquq fakültəsinə,Polis akademiyasına,Tibb universitetinə və digər nüfuzlu ali məktəblərə qəbul olublar.

 

2019-cu ildə Diraktorların İşə Qəbul imtahanının bütün mərhələlrindən uğurla keçərək,Ağdam rayon 91 nömrəli tam orta məktəbə direktor təyin olunmuşam.

 

Son illər yerli və xarici mətbuatda şeir və hekayələrim çap olunur.

 

2020-ci ildə Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş “Ədibin evi” hekayə yarışmasında 8 ölkədən 549 hekayə arasında mənim yazdığım hekayə 3-cü yerə layiq görülmüşdür.Buna görə də Fəxri fərmana və 500 manat pul mükafatına layiq görüldüm.

 

2020-ci ildə Cənab prezident İlham Əliyevin göstərişi ilə ehtiyat kadr bankının yaradılması üçün təşkil olunmuş,10 min nəfərin qoşulduğu “Yüksəliş”müsabiqəsinin 8 turundan sonra,yarımfinala yüksələn 300 nəfərdən biri də mən olmuşam.

 

Milli Məclisin Mədəniyyət komitəsinin və Azedu.az saytının birgə təşkil etdiyi “İlin gənc müəllimi 2021” qaliblərindən biri də mən olmuşam.

 

 2022-ci ildə Magistratura imtahanından uğurla keçərək ADA universitetində Təhsil Meneceri fakültəsinə qəbul olmuşam.