Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Rzayeva Reyhan Qüdrət- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 1999-cu ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin bakalavr, 2001-ci ildə isə dilşünaslıq fakültəsinin magistr dərəcəsini fərqlənmə ilə bitirib;

 

1996-cı ildən indiyədək 207 saylı tam orta məktəbdə İngilis dili müəllimi vəzifəsində işləyir. Rzayeva Reyhan fəaliyyəti zamanı müxtəlif yerli və beynəlxalq təlimlərdə, seminarlarda iştirak edib;

 

2016-cı ildə Böyük Britaniyanın Leicester universitetində "Study Programme for Teachers" adlı təlim proqramında iştirak etmiş və qayıtdıqdan sonra isə öz təəssüratlarını digər müəllimlərlə də bölüşüb;

 

2017-ci ildə Tbilisi şəhərində keçirilən 7-ci Cənubi Qafqaz Regional Konfransında, 2018-ci ildə isə Kuala Lumpur şəhərində keçirilən Malayziya Texniki Əməkdaşlıq proqramı olan "Bridging the Gap in Developing Classroom Skills", "The Making of an Effective Facilitator" adlı proqramlarda ölkəmizi təmsil edib;

 

Bunlardan əlavə, Rzayeva Reyhan İngilis dili müəllimləri üçün təşkil olunmuş təlimlərdə teacher-trainer (təlimçi-müəllim) olaraq fəaliyyət göstərib;


2015-ci ildə British Council tərəfindən keçirilən TKT təlimində iştirak etmiş və uğurlar bitirərək sertifikat əldə edib;


2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcisi alıb;


Həmçinin, Rzayeva Reyhanın pedaqoji fəaliyyəti və təcrübələri haqqında 2016-cı ildə "Təhsil və Zaman", 2018-ci ildə isə "Azərbaycan Müəllimi" qəzetlərində məqalələr yazılıb.