Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Mehdiyeva Jalə Qardaşxan - Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyi ixtisasını fərqlənmə diplomu ilə bitirib;

 

2011-ci ildə  “Müəllimlərin işə qəbul müsabiqəsi“ndə uğur qazanaraq  Sabunçu rayonu,  Kürdəxanı qəsəbəsində 113 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi kimi çalışıb;

 

2014-cü ildə müəllimlərin yerdəyişmə imtahanında iştirak edib Nizami rayonu 129 nömrəli tam orta məktəbə yerdəyişmə edərək pedaqoji fəaliyyətini davam etdirib;

 

30 sentyabr 2022-ci il tarixində keçirilən Müəllimlərin Sertifikatlaşdırılması  prosesinin  test mərhələsindən 60 bal, 8 sentyabr tarixində isə müsahibə mərhələsindən keçərək 40 bal toplayaraq maksimim nəticə - 100 bal əldə edib;

 

Fəaliyyəti gösərdiyi dövrlərdə  metodiki-pedaqoji səriştəsini  artırmaq üçün  bir sıra beynəlxalq və yerli təlim və seminarlarda  iştirak edib;

 

“Təməl” Təqaüd proqramı -2016 . Ən yüksək nəticə göstərənlərdən biri olub; 

 

İntel “Gələcək ücün Təhsil” təlimi -2016 Ən yüksək nəticə göstərib;

 

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” təlimi-2017. Yüksək nəticə göstərənlərdən biri olub;

 

Beynəlxalq təlim: Sinqapur Milli Təhsil İnstutunun “İbtidai təhsildə müəllimlik proqramı” 2017;

 

Avropa Birliyinin “İbtidai siniflərdə demokratiya və insan hüquqları” təlimi- 2017;

 

“Oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” təlimi – 2019;

 

“Sinfin idarə olunmasının əsasları” təlimi -2019 ;

 

“Müəllimlərin bilik və bacarıqlarının inkişafı” təlimi – 2020;

 

İTE “Oyun əsaslı öyrənmə” təlimi 2020;

 

 

“Web-2 alətlərinin pedaqoji imkanları və tədrisdə istifadə metodikası” təlimi – 2020;

 

“Yeni İnnovasiyalar üzrə nəzəriyyələr” təlimi - 2021;

 

 

“İnklüziv siniflərdə təhsil” təlimi -2021;

 

 

“İstedadlı uşaqlarla işin təşkili” təlimi- 2023;

 

 

Həmçinin bir çox vebinar və seminarlarda iştirak edib;

 

 

 Şagirdləri Beynəlxalq olimpiadalarda iştirak etmiş,  medal və sertifikatlarla təltif olunub;

 

     

 Elm və Təhsil Nazirlyi tərəfindən 2022-ci il 7 iyun tarixində keçirilən 4-cü siniflərin monitorinqində  sinfi rayon üzrə yüksək nəticə göstərib;

 

 

Mehdiyeva Jalə fəaliyyəti zamanı yerli təhsil idarəetmə orqanları tərəfindən  fəxri fərmanlarla təltif olunmuşdur.   Bir necə jurnal və qəzetdə, təhsil platformalarında müsahibələri dərc olnmuş, videorolikləri çəkilib;

 

  

 2022-ci il 7 sentyabr Bakı şəhəri Təhsil İşçilərinin Sentyabr Konfransına dəvət alaraq  60 bal toplamış müəllimlərin adından konfransda çıxış edib;

 

 

 9 sentyabr  2022-ci il tarixində İnsan Resursları Mərkəzinin Hesabat tədbirində Elm və Təhsil Naziri  Emin Əmrullayev tərəfindən Sertifikasiya imtahanında maksimum nəticə topladığına görə sertifikatla təltif olunub;

 

 

 2017-2021 -ci illərdə Azərbaycan Respublikası Təhsil İnstitutu  tərəfindən həyata keçirilən “Ehtiyat dərslik” layihəsində Jalə Mehdiyevanın sinfi də pilot sinif seçilərək  səmərəli əməkdaşlıq edilib;

 

 

  Müəllimliklə yanaşı təlimçi kimi ARTİ- də müsabiqədən keçərək  Sertifikasiya imtahanında yenidən iştirak edəcək ibtidai sinif müəllimlərinə “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu üzrə ixtisasartırma təlimi”-ni keçmişdir. Alqoritmika – Rəqəmsal bacarıqlar şirkətində müsahibə və imtahandan keçərək təlimçi kimi fəaliyyət göstərib.