Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Kazımova Nərgiz Ağahüseyn- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

1986-ci ilda Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsini bitirib;


2001-ci ildən Səbail rayonu 2 nömrəli  H.Mahmudbəyov adına Texniki -Humanitar elmlər liseyində riyaziyyat fənnini tədris edir və həmin fənn üzrə Metodbirləşmə sədridir;


Uzun illar Dövlət İmtahan Mərkəzində riyaziyyat fənni üzrə elmi seminarın va ekspert komissiyasının üzvü;

 

Abituriyentlər üçün nəşr  olunmuş bir çox vəsaitlərdə test va məqalə müəllifi;

 

7 va 11-ci siniflər üçün nəzərdə tutulmuş Riyaziyyat-Test tapşırıqları kitabında rəyçi;


2005-ci ildə Səbail rayonu Təhsil Şöbəsi tərəfindən "ilin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi;


2005-ci ildə Təhsil Mərkəzinin "Nasiraddin Tusi " fəxri diplomu;


2008-ci ildə Bakı Baş Təhsil İdarəsi tərəfindən pedaqoji sahədə səmərəli fəliyyətinə, gənc nəslin təlim tərbiyəsində qazandığı uğurlara görə Fəxri Fərman;


Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 30 sentyabr tarixli 505N-li sərəncamı ilə "Tərəqqi" Medalı;


2010-cu ildə Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqadar Təhsil Nazirliyində təşkil olunmuş
"Öyrədənlərin öyrədəni" kursunu bitirərək "Təlimçi" statusu;

 

2010-cu il 8-ci cinif Həndəsə dərsliyini metodik cəhətdən işləyən, 9-cu sinif Cəbr dərsliyində Rəyçi;

 

25 sentyabr 2014-cü il tarixində Elm və Təhsil Nazirliyinin əmri ilə Azərbaycan Respublikası " Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunub;

 


Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 oktyabr tarixli 1432 nömrəli Sərəncamı ilə "Əməkdar Müəllim" fəxri adı alıb;

 

Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Abdulla Şaiqin Mənzil Muzeyi tərəfindən fəxri fərman, diplom;

 


Təhsil Nazirliyinin müasir təlimlə bağlı təşkil etdiyi müxtəlif təlimlərdəm təqdim olunan serifikatlar;

 

2009-cu ildə "Tərəqqi" medalına layiq görülüb;

 

2014-cü ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub;

 

2015-ci ildə "Əməkdar Müəllim" adına layiq görülüb.