Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Zülfiyyə Qafarova

Qafarova Zülfiyyə Elxan qızı Saatlı şəhər S.Vurğun adına 1 saylı tam orta məktəbdə  biologiya fənnini tədris edirəm.

 

Fəaliyyətim barədə onu deyə bilərəm ki, öz fənnimi sevərək tədris edirəm. Tədrisdə daha çox əyaniliyə üstünlük verirəm. Məsələn, orqanların və orqanlar sisteminin modellərinin düzəldilməsi, bitki və heyvan nümunələrinin toplanması,xəstəliklər haqqında  şagirdlərin öz araşdımaları və öz səsli izahları ilə təqdimatların hazırlanması və s.üstünlük verirəm.Biologiya əyaniliyi sevən fənndir.Xüsusilə Biologiyaya STEAM ın tətbiqini daha çox sevirəm və dərslərimi də bu yöndə qururam.Bu zaman şagirdlər həm elmi biliklər qazanır,araşdırmalar aparır,həm də öz əlləriylə modellər hazırlayırlar. Nəzəriyyə və praktika birlikdə olanda daha mükəmməl və maraqlı dərs çıxır ortaya.

 

Hər il şagirdlərim yüksək balla ali məktəbləri qazanır.(xüsusilə Tibb Universiteti)

 

Açdığım YouTube kanalında dərslikdə uzahına geniş yer verilməyən mövzuların izahı ilə şagirdlərimə dəstək olmağa çalışıram.

 

2020 ci ilin ən yaxşı gənc müəllimi müsabiqəsinin qaliblərindən biriyəm.