Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - İbrahimova Fəridə İbrahim- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 1980-1985- ci illərdə Azərbaycan Dövlət Universitetinin Coğrafiya fakultəsində təhsil alıb;

 

Ali məktəbi bitirdikdən sonra 1985-1986- cı illərdə Ağdam rayonu, İmamqulubəyli kənd orta məktəbində Coğrafiya müəlliməsi kimi fəaliyyət göstərib;

 

 1990- cı ildən Səbail rayonu, T.Məmmədov adına 239 nömrəli məktəbdə müəllimlik fəaliyyətinə başlayıb;

 

Bu illər ərzində bir çox" açıq dərs" lərin, dəyirmi masaların, tədbirlərin təşkilini həyata keçirib;

 

Belə ki, 1995-1996- cı illərdə VIII sinifdə nümunəvi dərsin mövzusu" Azərbaycanda təbiətin mühafizəsinin əsas problemləri" olub;

 

Məktəblərdə ekoloji tarbiyanin hayata keçirilməsi yolları" məruzəsi ilə çıxış edib;

 

Fevral ayında keçirilən" Coğrafiya haftasi"," Coğrafiya gecesi" ni təşkil edib;

 

VII sinifdə isə" Avstraliya materikinin əhalisi və siyasi xəritəsi" mövzusunda açıq dərs qoyub;

 

 1997-1998- ci illərdə" Gənc səyyahlar" dərnəyinin rəhbəri kimi fəaliyyət göstərib;

 

Fevral ayında keçirilən" Coğrafiya həftəsi" nda disput təşkil edib;

 

Yeni dərsliklərin müzakirəsində rəy və təkliflərini bildirib;

 

Şagirdləri keçirilən olimpiadalarda məktəb və rayon üzrə I və II yerləri tutub;

 

Uşaq hüquqlarının qorunması uşaq şəxsiyyətinin inkişafı" mövzusunda tədbirlər keçirib;

 

IX sinifdə" Dünya əhalisi və təbii artımın 2 tipi" mövzusunda nümunəvi dərs qoyub;

 

1998- 1999- cu illərdə XI siniflərin iştirakı ilə" Təhsilin humanistləşdirilməsi və müasir məktəb" mövzusunda Dəyirmi masa təşkil edib;

 

Tədbir çərçivəsində" Türk dünyası coğrafiyası dərsliyi günün tələbidir" mövzusunda diskussiya keçirib;

 

Tədbirdə dərsliyin müəllifləri, Türkiyə Cumhuriyyətinin Azərbaycandakı Səfirliyinin Iqtisadi masalalar üzrə müşaviri Mikayıl Davaloğlu, Tahsil Nazirliyinin məktəb şöbəsinin müdiri Arif Muradov, BBTI- nin Asif Cahangirov və digər səlahiyyətli şəxslər iştirak edib;

 

 2013- cü ildə" Smart Technologies" şirkəti tərəfindən təşkil edilmiş Maktab müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün" Dymo Mimo İnteraktiv Texnologiyaları ilə tədris" təlim kursunda iştirak sertifikatı alıb;

 

2013- cü ilin may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin İxtisasartırma Təhsili haqqında sertifikat alıb;

 

2013- cü ilin sentyabr ayında Azərbaycan Respublikası Tahsil Nazirliyinin 1- ci dərəcəli İxtisasartırma sertifikatın alıb;

 

2015- ci il may ayında Azərbaycan Respublikası Tahsil Nazirliyinin Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinin Qiymətləndirmə vasitələrinin hazırlanması üzrə təlimini keçdiyimə görə sertifikat alıb;

 

Növbəti tədris illərində də aktual mövzular və iqtisadi- coğrafi problemlerin analizi məqsədilə siniflərdə açıq dərslər qoyub;

 

IX a sinifində" Mülkiyyət formaları"," Okeanların öyrənilməsi" mövzusunda açıq dərslər keçirib;

 

Qarabağ bölgəsinin təbii sərvətlərinin, faydalı qazıntılarının öyrənilməsi, şagirdlərə böyük zəfərlə geri qaytardığımız torpaqlarımızın coğrafiyasının dərindən mənimsədilməsi məqsədilə açıq dərslər keçirib;

 

Coğrafiya kabinetində" Zəfər gününə həsr olunmuş guşə yaratmış, 2021- ci il noyabr ayında" Zəfər günü"  həsr olunmuş açıq dərs keçirib; 

1999- cu il dekabrın 28- də Elmǝr Akademiyasının Coğrafiya İnstitutunda keçirilən Coğrafiyaçıların qurultayında hidrometeorologiya Institutunun direktoru Rza Mahmudovun təklifi ilə Elmi Şuraya üzv seçilib;

 

2003- cü ilin mart ayında" Təhsilin keyfiyyətinin təmin edilməsində vətəndaşlıq tərbiyəsinin rolu" mövzusunda elmi- təcrübi seminar təşkil edib;

 

 2003- cü ildə keçirilən İlin müəllimi" müsabiqəsində rayon və şəhər üzrə I yeri tutub;

 

 2008- ci ildə Ulu öndər Heydər Əliyevin 85 illiyi ilə əlaqədar olaraq VIII sinifdə" Heydər Əliyevin xarici siyasəti" mövzusunda açıq keçirib;

 

Dərslərin dahа keyfiyyətli keçirilməsi məqsədilə öz vəsaitim hesabına Coğrafiya kabinetini təşkil etmiş, müasir metodiki vəsaitlərlə təchiz edib;

 

Peşə fəaliyyət müxtəlif müəlliflər tərəfindən mətbuat orqanlarında işıqlandırılıb;

 

 Belə ki, Təhsil Nazirliyinin təqdimatı əsasında 2012- ci il 1 oktyabr tarixində Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə" Əməkdar müəllim" fəxri adına layiq görülüb;