Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Əliyeva Ülviyyə Əvəz- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Əliyeva Ülviyyə Əvəz qızı Bakı Dövlət Universitetinin  filologiya fakültəsinin həm bakalavr, həm magistraturasını Fərqlənmə diplomu ilə bitirib;

 

Bakı şəhər Yasamal rayonu 161 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi və Həmkarlar Təşkilatının sədri kimi fəaliyyət göstərir;

 

Bir sıra elmi məqalələrlə Beynəlxalq Konfranslarda çıxış edib;

 Bir neçə dərs vəsaitlərinin həmmüəllifidir;
1. Azərbaycan dili 5-11 (dərs vəsaiti)
2. Ədəbiyyat 5-11 (dərs vəsaiti)
3. Ədəbiyyat 5-11 (test toplusu)
4. Ədəbiyyat "30 Sınaq" kitabı
5. Azərbaycan dili
"21 sınaq" test kitabı

 

Bundan başqa, "Etimologiya lüğəti"nin hazırlanmasında işçi qrupun üzvü olub;


Bədii və publisistik yaradıcılıqla da məşğuldur;


Bir sıra hekayə və məqalələri jurnal və kitablarda dərc edilib;


Müəllimlərin Diaqnostik İmtahanından 58 bal;


Müəllimlərin Sertifikasiya İmtahanından 56 bal toplayıb;

 

Facebook platformasında tanınmış "Azərbaycan dili və ədəbiyyat müəllimləri" qrupunun yaradıcısı olaraq, respublikanın müxtəlif zonalarından həmkarları bir araya toplayaraq, müxtəlif layihələrə imza atıb;

 

Buraxılış sinifləri (9 və 11), əksərən, buraxılış imtahanında fənnimdən yüksək nəticə göstərdiyi üçün məktəb rəhbərliyi tərəfindən dəfələrlə "Təşəkkürnamə", diplomlarla mükafatlandırılıb.