Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
Örnək müəllim - Ağayeva Elmira Aqşin- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin  ibtidai sinif müəllimliyi fakültəsini bitirib;

 

Universiteti bitirdikdən sonra Müəllimlərin İşə Qəbulu imtahanında  51 bal toplayaraq Qobu kənd 2 nömrəli tam orta məktəbə daimi əsaslarla işə qəbul olub;

 

 Hal-hazırda  Xətai rayonu 17 nömrəli tam orta məktəbdə işləyir;

 

 17 nömrəli məktəbdə müddətli müqavilə ilə işlədiyi dövrdə pandemiya ilə əlaqədar olaraq ibtidai sinif müəllimlərinə MS Teams təlimlərini keçİb;

 

Daimiləşdikdən sonra rəhbərlik və ibtidai sinif müəllimlərinin etimadına əsasən məni ibtidai sinif müəllimlərinin metodbirləşmə rəhbəri təyin edilib;

 

 Fəaliyyəti dövründə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi hər 3 müsabiqənin qaliblərindən biri olub;

 

Bu layihələr: “Kiçik tədqiqatçılar”, “Yaradıcı müəllim”, “Biliyini paylaş”;

 

 Yeni Azərbaycan Partiyasının və Bakı Ali Neft Məktəbinin təşkil etdiyi Rəqəmsal İdeya müsabiqəsində 1372 gəncin iştirak etdiyi “Rəqəmsal İdeya” müsabiqəsində 2-ci yeri qazanıb;

 

Türkiyədə və ölkəmizdə təşkil olunan beynəlxalq və yerli təlimlərdə iştirak edib;

 

  Rusiyanın MİR24 telekanalının “Azərbaycanda Fərq Yaradan Müəllim” layihəsində iştirak edib;

 

 4 əlavə dərs vəsaiti müəllifidir;

 

 Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək metodistlər üçün keçirilən müsahibə mərhələsindən uğurla keçdiyinə  görə təlimlərə cəlb olunub;

 

Müəllimlərin sertifikasiya imtahanında 55 bal toplayıb;