Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 17:50:00
AzEdu.az bu dəfə Lahıcda məktəblilərə kitab paylayacaq – Müəlliflə birgə

Kitablar, insanları mənəvi cəhətdən müsbətə doğru dəyişən bir fürsətdir. Oxumaq  birmənalı şəkildə insanların zehni və ruhi inkişafına səbəb olur.

Beləliklə, kitab oxumaq bir  nəfər kimi hər kəsin, xüsusilə bütün məktəblilərin haqqıdır.

AzEdu.az məhz ucqar kənd məktəblərində təhsil alan uşaqların da bu “fürsətdən” yararlanmasını təmin etmək üçün başlatdığı layihəni davam etdirir.

AzEdu.az bu dəfə ucqar Lahıcda məktəblilərə kitab paylayaraq onları sevindirəcək.

Kitabların əksəriyyəti motivasiya üzrə əsərlərin müəllifi Nadir Adilova məxsusdur. Portal əməkdaşları Lahıca elə müəlliflə birlikdə səfər edərək orada məktəbliləri sevindirəcək. Bu, həm də uşaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il hədiyyəsi olacaq.  

Layihəni keçirməkdə əsas məqsəd ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da  maariflənməsinə az da olsa töhfə verməkdir.