Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-22 11:30:00
“Ukraynanın səsi” yarışmasının iştirakçısı kimsəsiz adaya bu kitabları aparacaq -  Vaqif Nağıyevin “Kitab çantası”

AzEdu.az  “Kitab  çantası ” rubrikasını davam etdirir.

Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.

Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz? Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq  tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikamızın növbəti qonağı ifaçı, «Ukraynanın səsi” müsabiqəsinin iştirakçısı Vaqif Nağıyevdir.

Görək, onun “kitab çantası”nda nələr var:

  1. Brayan Treysi "Bəhanələrə yox";
  2. Platon "Dövlət" ;
  3. Homer "Odisseya";
  4. Dr. Joe Dispenza “Cила подзоснания ” ;
  5. Dr. Joe Dispenza “Cам себе плаçебо";
  6. Daniel Kahneman "Sürətli və yavaş düşünmə";
  7. Dr. Joe Dispenza “Cверхвестетьэнный разум”
  8. Deyl Karneqi "Dostları necə qazanmalı və insanlara təsir etməli"
  9. Devid Rok "Beyin"

Vaqif Nağıyev “kitab onluğu” üçün bu kitabları seçdiyini belə izah edir:  Fikrimcə, hər bir insan özünü tanımaq və həyata sağlam düşüncələrlə baxmaq üçün bu kitab onluğunu oxumalıdır. Qeyd etdiyim kitabların ana xətti, əsas danışılan mövzu insan beynidir. Bizim düşüncəmizə görə, beyin adi bir orqandır, lakin dünyada bizim beynimiz kimi güclü “kompüter” yoxdur. Bu klassikadan və məktəb proqramına daxil edilən kitablardan sonra gələn, oxunması vacib kitablardır... Məktəbi bitirdikdən sonra da kitab oxuma vərdişini tərgitməmək lazımdır.