Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-20 11:32:00
Bölgə müəllimindən yeni dərs metodu - Video çəkdi, Türkiyədə yayımlandı

Gəncə şəhəri Səməd Vurğun adına 41 saylı tam orta məktəbin coğrafiya müəllimi Arzu Kərimov 6 ildir ki, bu məktəbdə coğrafiya fənnini tədris edir.

AzEdu.az xəbər verir ki, şagirdlərin həddindən artıq yüklənməməsi üçün tədrisdə maraqlı bir metoddan istifadə etməyə başlayıb. Cansıxıcı, darıxdırıcı dərslərin əvəzinə şagirdlərin əylənərək coğrafiya fənnini mənimsəmələri üçün onlar arasında yarış hazırlayıb və bu yarışları videoya çəkərək öz youtube kanalında yayımlamağa başlayıb.

Şagirdlərin və valideynlərin maraqla izlədiyi bu kanala qardaş Türkiyədən dəstək gəlib. İstanbul liseylərindən birində müəllimi işləyən Güven öğretmen Arzu müəllimin videolarını özünün 100 min izləyicisi olan kanalında yayımlamağı təklif edib.

Məktəbdən verilən məlumata görə, hələlik bu kanalda iki video yayımlanıb. Bu videoların minlərlə izləyici topladığı bildirilir.

Güven Öğretmen Youtube kanalı, Türkiyə. İstanbul:
https://www.youtube.com/results… 

Arzu Kərimov Youtube kanalı,Azərbaycan, Gəncə:
https://www.youtube.com/channel/UCbOblZIyUMEVjF6zOyl_uSA…