Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-05 11:14:00
Dilçi alimdən məsləhət - “Vəsiyyət edin özünüzdən sonra kitablarınızın başı üstündə mühafizəçiniz olsun"

“Ey alimlər, evlənin, ərə gedin, əməlisaleh övladlar yetişdirin. Mütləq son nəfəsdə vəsiyyət edib kitablarınızı tapşırın ki, özünüzdən sonra kitablarınızın başı üstündə bir mühafizəçiniz olsun”

AzEdu.az xəbər verir ki, bu sözləri şəxsi feysbuk hesabında dilçi alim İradə Musayeva Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqovanın “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması barədə yayılan xəbərlərə münasibət bildirərkən qeyd edib. O, plagiatlığı oğurluq adlandıraraq, alimlərə səslənib:

“Gərək öləndən sonra üçün "varisi-kitab", "varisi-dissertasiya", "varisi-kəşf" qoyub gedəsən ki, plagiatorlar sənin varidatını oğurlamasın. Alimin varidatı on illərlə göz nuru sərf etdiyi əsərləridir. Gərək vəsiyyət edib kitablarını tapşırasan. Musa Adilovun və Zemfira Verdiyevanın "varisi-lüğət"i olsaydı, indi AMEA-Dilçilik onu bu şəkildə özəlləşdirməz, təqdimatını keçirib hay-küy salmaz və medallanmazdılar.

Ey alimlər, evlənin, ərə gedin, əməlisaleh övladlar yetişdirin. Mütləq son nəfəsdə vəsiyyət edib kitablarınızı tapşırın ki, özünüzdən sonra kitablarınızın başı üstündə bir mühafizəçiniz olsun. Bu ölkənin yazılmamış qanunlarındandır”.

Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın yeni nəşrt etdirdiyi “İzahlı dilçilik terminləri lüğəti” kitabının plagiat olması ortaya çıxıb. Sözügedən institutun “Terminologiya” şöbəsinin müdiri Sayalı Sadıqova və onun başçılıq etdiyi elmi işçilər M.İ. Adilov, Z.N. Verdiyeva və F.M. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri”  və F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”ndan köçürdükləri xəbərləri faktlarla yayılıb.