Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-28 14:16:00
"Lazımsız məlumatlarla uşaqların beynini niyə yükləyirsiniz?" - Tarixçidən sərt İRAD

“Azərbaycan böyük xalqdır. Amma bizim o qədər də böyük tariximiz yoxdur. Bunu tam məsuliyyətimlə və tarixçi kimi deyirəm. Bu millətin balalarının başlarını heç vaxt heçnəyə yaramayan informasiyalarla niyə doldurursunuz?”

AzEdu.az xəbər verir ki, bu sözləri şəxsi feysbuk hesabında tarixçi Natiq Məmmədli qeyd edib. O, Azərbaycan tarixi dərslikləriylə bağlı iradlarını bildirib:

“Azərbaycan tarixinə dair abituriyentlər üçün hazırlanmış dərs vəsaitləri ümumdünya tarixindən həm qalın, həm də ağırdır. Biz böyük xalqıq, bu öz yerində. Amma bizim o boyda tariximiz yoxdur .Bunu tam məsuliyyətimlə və tarixçi kimi deyirəm”.

Tarixçi dərsliklərdəki əksər məlumatın heç bir əhəmiyyəti olmadığını vurğulayıb:

“Bu millətin balalarının başlarını heç vaxt,heç nəyə yaramayan informasiyalarla niyə doldurursunuz? Tarix kitabı və bədii ədəbiyyat bilik verməklə yanaşı, təəsürat yaratmalıdır, vətəndaş yetişdirməlidir. Praktik əhəmiyyəti sıfırın altında olan məlumatları əzbərlətmə yolu ilə məktəblinin başına dolduranda o necə vətəndaş olacaq?”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları