Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-21 09:46:01
“I və IV ixtisas qruplarına da Azərbaycan tarixi fənni əlavə edilsin”- Alimdən qıcıqlandırıcı təklif

“II ixtisas qrupuna dünya tarixinin əlavə olunması abituriyentlərə çətinlik yaratmayacaq. Çünki proqramdan dünya tarixi ilə bağlı çətin mövzuların bir qismi çıxarılıb. Nəzərə alsaq ki, II qrupda Regionşünaslıq, Beynəlxalq münasibətlər ixtisasları var, deməli, abituriyentlərin mütləq dünya tarixi bilmələri vacibdir”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tarixçi, Dövlət İmtahan Mərkəzinin Tarix üzrə seminarının sədri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, şagirdlər tərəfindən çətin qavranılan mövzular ola bilsin, qəbul proqramdan çıxarılsın:

“Çin tarixiylə bağlı mövzularda yüngülləşdirmə əməliyyatı aparılıb. Mübahisəli mövzulardan olan Kiyev-Rus dövləti isə qəbul proqramından çıxarılıb. Tarix üçün mübahisəli olan mövzunun abituriyentdən soruşulması düzgün deyil.

VI,VII, VIII siniflərin materialları X sinifdə, IX sinfin materialları XI sinifdə təkrar olunur. Buna görə də hər dərslikdən paralel şəkildə mövzular proqrama əlavə olunacaq”.

Kərəm Məmmədov hesab edir ki, II ixtisas qrupuna dünya tarixinin əlavə olunması abituriyentlərə çətinlik yaratmayacaq:

“Proqramdan dünya tarixi ilə bağlı çətin mövzuların bir qismi çıxarılıb. Nəzərə alsaq ki, II qrupda Regionşünaslıq, Beynəlxalq münasibətlər ixtisasları var, deməli, abituriyentlərin mütləq dünya tarixi bilmələri vacibdir. Yaxşı olardı ki, I və IV ixtisas qruplarına da Azərbaycan tarixi əlavə edilsin. Qəbul olunduqları ali məktəbdən asılı olmayaraq onlar universitetdə də bir semestr Azərbaycan tarixi dərsləri keçməlidirlər. Bəzən, həmin dərslərdən tələbələr çox aşağı qiymət alırlar. Çünki abituriyent vaxtı bu fənnə önəm vermirlər. Bu fakt sonradan ali təhsil müəssisəsinin reytinqinin aşağı olmasına səbəb olur”.

Xatırladaq ki, 2019-cu ildə kurikulum əsasında keçiriləcək qəbul imtahanlarında abituriyentlər II ixtisas qrupu üzrə dünya tarixindən də imtahan verəcəklər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları