Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 12:29:00
Oqtay Əsədov: "2019-cu ildə təhsil xərcləri  2 milyard 275 milyon manata çatacaq"

“2019-cu ildə təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artaraq və 2 milyard 275 milyon manata çatacaq"

AzEdu.az-ın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki,  2019-cu ilin büdcəsi sosialyönümlülüyünü qoruyub saxlayacaq:

"2019-cu ildə təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artaraq və 2 milyard 275 milyon manata çatacaq. 

Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ümumi daxili məhsulun  artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər".