Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-13 10:56:00
Deputat AzEdu.az-dan yazdı – “ Mərci udub, 5  kitab qazandım”

“Səhifəmdə AzEdu.az saytının çəkilişi olan video materialı dostlardan 190 nəfər bəyənib. Bu minvalla 5 dəyərli kitab qazandım”

AzEdu.az xəbər verir ki, bu sözləri şəxsi sosial şəbəkə hesabında millət vəkili Fazil Mustafa deyib. O Bukinist kitab evindən 32 kitab aldığını qeyd edib:

“Öncədən tapılmasını xahiş etdiklərimlə yanaşı rast gəldiyim bəzi kitabları da kitabxanamın tam hüquqlu üzvünə çevirdim. Vaxt tapıb bu kitablar barədə bilgi verərəm. Burada Elson adlı mədəni və dürüst bir oğlan satıcı işləyir. Kitab işini yaxşı bilir. Nəşrləri, keyfiyyət göstəricilərini tanıyır. Uzun illərdir, AMEA-nın Rəyasət Heyətinin binası ilə üz-üzə olan zirzəmidə bu gözəl işi gerçəkləşdirdiyinə görə yəqin ki, səhhətində də problemlər ara-sıra yaranır. Kitabın tozu, üstəgəl zirzəminin nəmişliyi və alıcının qıtlığı...”

Deputat hesab edir ki, bu cür kitab yerlərini zirzəmilərdən çıxara bilməsək, Kabab Mədəniyyətinə qalib gələ bilməyəcəyik:

“Kitabxanamdan reportajla bağlı paylaşdığım videonu izləyən dostlardan biri söylədi ki, bu cür maraqlı videonu virtual dostlarının əksəriyyəti bəyənəcək. Tam əminliklə söylədim ki, sən nə qədər optimistsən, doğurdanmı insanların kitaba həssaslığına bu qədər inanırsan? Əminliklə söylədim ki, bəyənənlərin sayı heç 200-ü keçməyəcək. Beləcə mərcləşdik. Təbii ki, mərc 5 dəyərli kitabdan oldu. İndi baxıram ki, mərci udmuşam. Səhifəmdə AzEdu.az saytının çəkilişi olan bu video materialı dostlardan 190 nəfər bəyənib. Bu minvalla mənə 5 dəyərli kitabı qazandıran hər kəsə təşəkkürümü bildirirəm”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları