Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-26 12:05:00
Magistraturaya qəbul imtahanları il keçdikcə ÇƏTİNLƏŞƏCƏK

"Magistratura imtahanlarında yoxlanılan biliklər, ölçülən bacarıqlar ali təhsil müəssisələrində bakalavrlara çatdırılmayan informasiyalardır”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov qeyd edib.

 

Ekspert 2024-cü ilin magistratura nəticələrinin son 4 ilin ən zəif  göstəricisi olduğunu qeyd edib:

 

“Bunun birinci səbəbi xaric dil bacarıqlarının yoxlanılması ilə bağlı təqdim edilən suallarda SRTİ-nin olması ilə bağlıdır.

 

Etiraf edək ki, magistratura pilləsinə qəbul üzrə keçirilən imtahanların quruluşu doğru deyil. Çünki magistratura imtahanlarında yoxlanılan biliklər, ölçülən bacarıqlar ali təhsil müəssisələrində bakalavrlara çatdırılmayan informasiyalardır.

 

Yəni magistr imtahanlarında iştirakçılara riyazi və məntiqi suallara cavab vermək yoxlanılır amma, ali təhsil müəssisənin bakalavr pilləsində bu bacarıqlar aşılanmır. Yaxud proqamist səviyyəsində informatikadan suallar təqdim olunur ki, universitetlərdə bu səviyyədə informatika tədris olunmur.

 

Xarici dil bacarıqlarının yoxlanılması ilə bağlı suallar ən azından C1 səviyyəsində ingilis dili bilgisi tələb edir. Bu məsələdə də universitetlərin tədrisi geridə qalır”.

 

Həmsöhbətimiz gələcəkdə ixtisaslı mütəxəssislərin lazım olduğunu söyləyib:

 

“Magistraturaya qəbul imtahanlarının modeli çox çətindir. Ona görə də ballar kəskin şəkildə aşağı düşüb. Bu da öz növbəsində 2025-ci ildə magistr imtahanlarına öz mənfi təsirini göstərəcək. Çünki bakalavrlar ixtisas seçimi edən zaman 1 il əvvəlki ballarla seçim edirlər və bu da onların gələcəkdə ixtisas seçimində yalnışlığa yol verməsinə gətirib çıxara bilər. Hətta bu il kifayət qədər magistr pilləsinə plan yerləri boş qaldı.

 

Ümumilikdə magistratura imtahanlarından ixtisas fənləri üzrə imtahanın çıxarılması çox yalnış idi. Çünki bizə gələcəkdə ixtisas bilgiləri yüksək olan şəxslər lazımdır. Amma biz magistr imtahanlarından ixtisas suallarını çıxarmışıq və bu da həmin şəxslərin gələcəkdə ixtisaslı mütəxəssis olmalarına mane olur.

 

Düşünürəm ki, imtahan modeli mütləq şəkildə sadələşdirilməlidir. Həmçinin gələcəkdə xarici dillə bağlı danışıq bacarıqları da yoxlanılacaq. Bu da öz növbəsində çətinliyə gətirib çıxaracaq”, -deyə ekspert fikrini tamamlayıb.