Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-22 13:10:00
Narazılıq : “Magistraturaya qəbulda xarici dildən esse tələbi düzgün deyil”

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanına yenilik edib.

 

Belə ki, magistratura imtahanında iştirak etmək istəyən namizədlərdən bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.

 

Sözügedən yenilik cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.

 

Bəs magistr imtahanına essenin əlavəsi hansı problemləri yarada bilər? Essenin əlavəsi magistraturaya qəbulda nəticələrin aşağı düşməsinə səbəb olacaqmı ?

 

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyev DİM-in magistratura imtahanı ilə bağlı bu dəyişikliyinin tərəfdarı olmadığını vurğulayıb:

 

Universitetlərin

 

“Düşünürəm ki, Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul qaydalarını bu qədər çətin etməməlidir. Əks halda azərbaycanlı istər abituriyentlər, istərsə də tələbələr müxtəlif proqramlara müraciət edərək rahat şəkildə xaricdə təhsil almağa üstünlük verəcəklər. Düzdür, tələbələrin xarici dil bacarıqlarının artması üçün esse yazma bacarıqlarının inkişaf etdirilməsi yaxşı bir haldır. Lakin bu ali məktəbdə onlardan tələb oluna bilər. Hesab edirəm ki, ali məktəbə və magistraturaya qəbul imtahanlarında xarici dildən esse tələbi düzgün deyil. Nəticədə qəbul statistikası azala bilər və az öncə qeyd etdiyim kimi, bu vətəndaşlarımızı öz ölkələrində deyil, xaricdə təhsil almaq istəmələrinə zəmin yaradır”.