Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 14:03:00
50%-ə yaxın ixtisas əmək bazarının tələblərinə CAVAB VERMİR

Artıq abituriyentlərin ixtisas seçimi etməsinə çox az vaxt qalıb. Məlumdur ki, ixtisas seçimi ali təhsil müəssisələrinə qəbulun ən mühüm mərhələsidir.

 

Bəs, görəsən, əmək bazarının ən çox tələb etdiyi ixtisaslar hansılardır?Universitetlər əmək bazarının tələblərinə cavab verən hansı ixtisaslara üstünlük verməlidirlər?

 

Mövzu ilə bağılı AzEdu.az-a açıqlama verən təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, abituiryentlərin ixtisas seçimi edərkən diqqət edəcəkləri bir neçə məqam var:

 

“Dövlət İmtahan Mərzəzi tərəfindən keçirilən qəbul imtahanlarının bütün mərhələləri bitib. Artıq bundan sonra əsas məsələ başlayır. Hansı ki, bu, ixtisas seçimi mərhələsidir. Abituiryentlərin ixtisas seçimi edərkən diqqət edəcəkləri bir neçə məqam var. ən əsas məqamlardan biri ixtisası düzgün seçmək, digəri isə universiteti düzgün seçmələridir.

 

Bəzən abituriyentlər ixtisaslarını seçirlər, lakin həmin ixtisasın hansı ali məktəbdə daha yaxşı tədris olunduğu barədə məlumatları yoxdur. Nəticədə həmin tələbə öz sahəsi üzrə universitetdən gözlədiyi bilik və bacarığı ala bilmir.. Bir sözlə, gələcəkdə öz ixtisası üzrə yaxşı mütəxəssis olma imkanını əldən verir, eyni zamanda iş tapmaqda çətinlik çəkir.

 

Bunlardan başqa, ixtisas seçimində mütləq şəkildə əmək bazarının tələbləri ilə maraqlanmalıdırlar. Düzdür, bir çox abituriyent əmək bazarı barədə əhatəli şəkildə tanış olmaya bilər. Lakin mütəxəssislər bu istiqamətdə araşdırma edib, bildirməlidirlər ki, “filan ixtisasları filan qruplar seçə bilərlər”. Abituriyentlər bu məlumatları əldə etdikdən sonra daha yaxşı ixtisas seçimi edə bilərlər”.

 

Həmsöhbətimiz hazırda 50%-ə yaxın ixtisasların əmək bazarının tələblərinə qətiyyən cavab vermədiyini vurğulayıb:

 

“Təəssüf ki, ali məktəblərdə həmin ixtisasları sadəcə plan yeri doldurmaq üçün açıblar. Və illərdir abituriyentlər də məcburiyyətdən bu ixtisasları seçirlər.

 

Tövsiyə edirəm ki, universitetlər mütləq şəkildə Dövlət Məşğulluq Agentliyinə, Milli Observatoriya ilə əməkdaşlıq etsinlər. Lazım olan ixtisasları gələcəkdə ehtiyac olacaq ixtisaslarıın siyahısını tərtib etməli və ali məktəblər bu məsələlərlə bərabər tələbə qəbulu elan etməlidirlər”, - deyə ekspert fikrini yekunlaşdırıb.