Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-23 09:37:45
Kolleclərə ixtisas seçimində kimlər iştirak edə bilər? - İZAH

Kolleclərə qəbul üzrə müsabiqə şərtləri açıqlanıb.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, ixtisas seçiminə buraxılmaq üçün minimal tələblər müəyyənləşib.

 

Müsabiqə şərtlərinə uyğun olaraq 11 illik kolleclər üzrə maksimum 300 baldan ümumi 50 bal, fənlər üzrə maksimum 100 baldan isə  Ana dili üzrə nisbi 10, Riyaziyyat üzrə nisbi 10 bal toplanılmalıdır.

 

Müsabiqə şərtlərinə uyğun 11 illik qabiliyyət imtahanında iştirak etmək üçün maksimum 300 baldan ümumi 40 bal, fənlər üzrə isə məhdudiyyət tətbiq olunmur.

 

Müsabiqə şərtlərinə uyğun olaraq 9 illik kolleclər üzrə maksimum 300 baldan ümumi bal 50 bal,  fənlər üzrə maksimum 100 baldan Ana dili üzrə nisbi 20, Riyaziyyat üzrə isə nisbi 10 bal toplanılmalıdır.

 

Müsabiqə şərtlərinə uyğun olaraq 9 illik qabiliyyət imtahanında iştirak etmək üçün maksimum 300 baldan ümumi 50 bal, fənlər üzrə isə məhdudiyyət tətbiq olunmur.