Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 09:53:46
İxtisas seçiminin keçiriləcəyi tarix açıqlanıb? - RƏSMİ

Sosial şəbəkələrdə ixtisas seçiminin nə zaman aparılacağı ilə bağlı məlumatlar paylaşılır. Belə ki, ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun 10-da başlayacağı deyilir.

 

AzEdu.az Təhsil Portalı olaraq məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə əlaqə saxladıq.

 

DİM-dən bildirilib ki, bu doğru xəbər deyil:

 

"Tarixlər hələ ki, dəqiqləşməyib", - deyə mərkəzdən qeyd edilib.