Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 14:49:00
DİM-in texniki xətasına ekspertdən sərt İRAD -"1 sualın cavabını 50 nəfər yığışıb düz yaza bilmir!"

“Bir sualın cavabını 50 nəfər yığışıb düz yaza bilmir. Buna görə 20 manat yığırlar? Bəs onda 16-17 yaşlı uşaq neyləsin?”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil eskperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, bu cür səhvlər yolverilməzdir:

“Abituriyent səhv edəndə onu düzəltməyə icazə verirlər? O boyda elmi dərəcəsi, iş təcrübəsi olan 50 nəfər ekspert suala və cavaba baxsa da səhv edirlər. Danışanda guya alçaq dağları bunlar yaradıblar. Amma 1 sualın cavabını 50 nəfər yığışıb düz yaza bilmir. Buna görə 20 manat yığırlar? Bəs onda 16-17 yaşlı uşaq neyləsin? 16-17 yaşlı uşaq şagirdir, 3 saata bir-birindən fərqli fənlərdən imtahan suallarına cavab verir. DİM-in mütəxəssisləri isə 1 fəndən 30 suala düzgün cavab verə bilmirlər"

Ekspertə görə, bunun adı savadsızlıq və ya laqeydlikdir:

“İnsanların taleyi ilə belə oynamaq olmaz. İndi sabah bir abituriyent də gəlib desin ki, sən Allah, ay DİM, burda texniki səhv etmişəm, düzəlt. Düzəldiləcək? Yox!”.

Xatırladaq ki, 28 oktyabr 2018-ci tarixində keçirilən sınaq imtahanında II və III ixtisas qrupları üzrə tarix fənnindən açıq tipli bir test tapşırığının texniki səhvə görə 1,2,4,3 olaraq elan edilən etalon cavabı 1,3,4,2 olmalıdır.

DİM-dən AzEdu.az-a verilən məluamata görə, gün ərzində texniki səhv aradan qaldırılacaq və abituriyentlərin imtahan nəticələrində müvafiq düzəliş ediləcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları