Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 11:30:00
"Sınaq imtahanındakı bu sualda texniki xətaya yol verilib" - DİM-dən səhv adlandırılan suala REAKSİYA

 

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Nəticələrin elan olunmasına baxmayaraq cavablarla bağlı bəzi narazılıqlar ortaya çıxıb. Abituriyentlər  və müəllimlər iddia edir ki, Dövlət İmtahan Mərkəzi III ixtisas qrupu üzrə Tarix fənnindən A variantı 56-cı sualın cavabında yanlışlığa yol verib.

Məsələylə bağlı DİM-in şöbə müdüri Xanlar Xanlarzadə AzEdu.az-a açıqlamasında bildirib ki, cavabda texniki səhvə yol verilib:

“28 oktyabr 2018-ci tarixində keçirilən sınaq imtahanında II və III ixtisas qrupları üzrə tarix fənnindən açıq tipli bir test tapşırığının texniki səhvə görə 1,2,4,3 olaraq elan edilən etalon cavabı 1,3,4,2 olmalıdır. Gün ərzində texniki səhv aradan qaldırılacaq və abituriyentlərin imtahan nəticələrində müvafiq düzəliş ediləcəkdir”

Xatırladaq ki, sözügedən sualın cavabında xronoloji ardıcıllıq yanlış göstərilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları