Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 12:41:00
İtmiş iş nömrəsini necə bərpa etmək olar? -DİM açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrin elan olunmasına baxmayaraq  bəzi abituriyentlər cavabları ilə tanış ola bilməyiblər. Səbəb isə iş nömrəsinin itirilməsidir.

Bəs, abituriyent tərəfindən itirilmiş iş nömrəsini necə bərpa etmək olar?

DİM-dən AzEdu.az-a verilən məlumata görə, sınaq imtahanına öz şəxsi kabinetinin məlumatlarından istifadə edərək qeydiyyatdan keçənlər şəxsi kabinetlərinə daxil olub iş nömrələrini əldə edə bilərlər. Bunun üçün "Hesab"-"Hesabdan istifadə" hissəsinə daxil olmaq lazımdır.

Əlavə suallar yaranarsa, DİM-in çağrı mərkəziylə (1653) əlaqə saxlaya bilərsiniz.  

Xatırladaq ki, Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları