Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-06 10:33:00
Abituriyentlərin nəzərinə! - Qəbul imtahanlarının hesablanma qaydası açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 28-də keçirilmiş sınaq imtahanının nəticələrini elan edib.

Hər bir abituriyent DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının (vərəqinin) qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlərin və müəllimlərin uzun zamandır gözlədiyi balların hesablanma qaydası da DİM tərəfindən elan olunub. AzEdu.az həmin cədvəli və düsturları təqdim edir:

 

 

 Qeyd edək ki, ballarının hesablanma qaydasının izahlı forması AzEdu.az-da yerləşdiriləcək.

Sınaq imtahanlarının nəticələrini abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 6600 abituriyentdən 66 nəfəri imtahana gəlməyib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları