Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-02 10:45:10
Təhsil İnstitutu vakansiya elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) bir sıra fənlər üzrə kurikulumların təkmilləşdirilməsi üçün mütəxəssislər axtarır.

 

AzEdu.az xəbər verir ki, aşağıdakı fənlər üzrə mütəxəsisslər Təhsil İnstitutuna müraciət edə bilərlər.

 

• Azərbaycan dili (dövlət dili)
• İkinci xarici dil
• Musiqi
• Təsviri incəsənət
• Texnologiya
• Çağırışaqədərki hazırlıq
• Fiziki tərbiyə

 
 Namizədlər üçün minimum tələblər:

• İxtisas fənni üzrə dərin bilik və bacarıqlar;
• Müasir pedaqoji yanaşmalara dair məlumatlılıq;
• Fikirləri yazılı formada ifadə etmə bacarığı;
• Araşdırma və təhlil üzrə səriştə;
• Ən azı 5 illik pedaqoji təcrübə;
• Xarici dil üzrə bilik və bacarıqlar arzuolunandır.

 

Yuxarıdakı tələblərə cavab verən və müvafiq kurikulumların təkmilləşdirilməsi üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərdən özləri haqqında məlumatları (CV) 05.07.2024-cü il tarixinədək “Musiqi (şərti olaraq) fənni üzrə kurikulum mütəxəssisi” başlığı altında [email protected] poçt ünvanına göndərmələri xahiş olunur.

 

Qeyd olunan tələblərə cavab verən namizədlər növbəti mərhələyə dəvət olunacaqlar.