![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_image_660x441_65607bcdde100_703.jpg)
Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tabe qurumlarda növbəti dövri yoxlama tədbirləri çərçivəsində Dağlıq Şirvan Regional Təhsil İdarəsində (RTİ) yoxlamalar aparıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, yoxlamalar yerli bölmələr tərəfindən təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, direktor və direktor müavinlərinin işə qəbulu prosesinin mövcud qaydalara uyğun təşkili, kadrların təyinatı və yerləşdirilməsi, eyni zamanda qayda və təlimatların icra vəziyyətinin yoxlanılması məqsədilə həyata keçirilib.
Aparılan yoxlamalar zamanı sözügedən idarənin fəaliyyətində müsabiqə qaydaları və şərtlərinin, təlimati sənədlərin tələblərinin ciddi şəkildə pozulması halları aşkarlanıb. Bununla yanaşı, RTİ-nin tabeliyində fəaliyyət göstərən müəssisələrə nəzarətin təşkilində nöqsanlar aşkar edilib.
Araşdırmanın nəticəsinə əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev elm və təhsil nazirinin müvafiq əmri ilə iyulun 1-dən tutduğu vəzifədən azad edilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir vəzifəsinin icrası müvəqqəti olaraq idarənin müdir müavini Həmid Qasımova həvalə edilib.
Agentlik tərəfindən yerli bölmə və tabe müəssisələrin fəaliyyətinə nəzarətin təşkili məqsədilə aparılan yoxlamalar il ərzində davam etdiriləcək.
kitabı
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb Bu müəllimlər üçün sertifikasiyanın müsahibə mərhələsinin vaxtı açıqlanıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1688988956506282590_1200x630_938.jpg)
![Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI Daha 10 müəllim sertifikasiyadan 60 bal toplayıb - SİYAHI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_guu99ueuouhhiugohuiohgioheuioghiueh9384839tg894389yt083ig0oh3oig3bh3_1719239207_890.jpg)
![Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır Nəticələr onu göstərdi ki, Azərbaycan müəllimi sertifikasiyaya hazırdır](https://azedu.az/uploads/news/2024/06/azedu.az_elsen_(3)_828.png)
![Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib Sertifikasiya: Ən çox bu bölgələr zəif nəticə göstərib](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_azedu.az_azedu.az_1661926915_photo_175681_939_(2)_342_(1)_466_(1)_819.jpg)