Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 17:05:00
BŞTİ-yə iyun ayında 12 694 müraciət daxil olub  

İyun ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 12 694 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 7 111 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 3 815 müraciət daxil olub.

 

BŞTİ-yə 1 435 sənəd (vətəndaşlar tərəfindən 334 ərizə, Elm və Təhsil Nazirliyindən 302, digər qurumlardan 169, tabelikdə olan təhsil müəssisələrindən 383 məktub və 247 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 333 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.