Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-01 11:16:33
Türkiyəli qonaqlar LDU-da olub

Biləsuvar rayonu ilə qardaşlaşmış şəhər olan Denizli-Çameli İlçe Milli Eğitim Müdürlüğü heyəti Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin  dəvəti ilə rayona səfər edib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, səfər çərçivəsində türkiyəli qonaqlar Lənkəran Dövlət Universitetinə (LDU) baş çəkiblər. Hörmətli qonaqları Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov qəbul edib. Çay süfrəsi arxasında keçən söhbət zamanı rektor qonaqlara  universitet barədə ətraflı məlumat verib, təhsilin modernləşdirilməsi istiqamətində görülən işlərdən, qazanılan   uğurlardan söz açıb.

 

Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırovun  müşayət etdiyi  nümayəndə heyətinin tərkibinə Çameli bələdiyyəsi müdiri Ahmet Sadıç, Liçe Milli Egitim müdiri Murat Uzun, Atatarük Ortaokulu müdiri Bekir Özdemir, Halk Egitim mərkəzi müdiri Tugay Atay, Erbakir Fənn Lİsesi okul müdiri  Seda Hilal Nişançı, bu liseylərin müəllim və şagirdləri daxil olub. Türkiyəli qonaqlara LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb. Onlar universitetin 3 saylı tədris korpusunda fənn laboratoriyalarını, kabinələrini gəziblər, professor-müəllim heyəti ilə söhbət ediblər. Universitetin 1 saylı tədris korpusu və yardımçı təsərrüfatı ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb.