2024-06-28 17:25:36
Millət vəkili Musa Qasımlı: Dərs dediyi fənni bilməyən müəllimin məktəbdə nə işi var?!
“Kimin yaxşı, kimin pis dərs dediyini inzibati amirlik üsulları ilə müəyyənləşdirmək mümkün deyil. Ona görə də ən uyğun yol müəllimlərin sertifikatlaşdırılması, imtahan edilmələridir”.
AzEdu.az xəbər verir bunu millət vəkili Musa Qasımlı “Azərbaycan müəllimi”nə müsahibəsində deyib. M.Qasımlının fikrincə, təhsili inzibati yollarla sağlamlaşdırmaq mümkün deyil, çünki bu zaman subyektiv amillər ortaya çıxacaq.
"Müəllimlərin imtahan edilməsi isə qətiyyən onların nüfuzunun aşağı düşürülməsi kimi qiymətləndirilməməlidir. Təhsil millətin gələcəyidir. Ölkəmizin inkişafı, qüdrətli olması birbaşa təhsilimizin keyfiyyəti ilə bağlıdır. Təhsil sisteminin sağlamlaşdırılması bütün cəmiyyəti düşündürür və qarşıda dayanan ən vacib məsələlərdən biridir. Amma sual olunur: Təhsilimizi necə sağlamlaşdırmaq olar?”
M.Qasımlı bildirib ki, həm dövlət büdcəsi hesabına, həm də Heydər Əliyev Fondunun xətti ilə ölkəmizdə müasir məktəblər tikilib, avadanlıqlarla təchiz edilib. Bəs, həmin məktəblərdə tədrisin keyfiyyəti hansı səviyyədədir?
"Bunu müəyyənləşdirməkdən ötrü müəllimlərin - təhsilverənlərin imtahan edilməsi çox vacibdir. Millətimizin taleyini bir neçə savadsız müəllimin ixtiyarına buraxa bilmərik. İmtahan verib sertifikat alan müəllimlər işini davam etdirəcək, maaşları artacaq. İmtahandan keçməyənlər günahı özlərində görməlidirlər. Heç nəyi ideallaşdırmaq istəmirəm. Ancaq serifikatlaşdırma şəffaflıqdır, təhsilin təmizlənməsidir. Ona görə də cəmiyyətimiz sertifikatlaşdırma prosesinə normal yanaşmalı, bu işi müdafiə etməlidir”.
Millət vəkili qeyd edib ki, təhsilin keyfiyyəti ilə bağlı digər məsələ isə direktor və direktor müavinləri ilə bağlıdır:
“Direktor və müavinləri öz işlərinə hakimdirlərsə, məktəbdə hər şey yerində olur. Amma bu sahədə də boşluqlar var. Mən prinsip olaraq sertifikatlaşdırma məsələsini müdadafiə edirəm. Hesab edirəm ki, təhsil sistemimiz sağlamlaşdırılmalıdır”.
Millət vəkili deyib ki, ölkəmiz üçün ən böyük problemi Prezident İlham Əliyev həll edib:
“30 ilə yaxın işğal altında qalmış torpaqlarımız azad olunub və həmin ərazilərə elmimiz, təhsilimiz qayıdır. Dərs dediyi fənni bilməyən müəllimin məktəbdə nə işi var?!”
M.Qasımlı açıqlamasında məktəb-valideyn münasibətlərinə də toxunub:
“Valideynlər övladlarını məktəbə göndərməklə kifayətlənməməli, övladlarının dərsləri ilə maraqlanmalı, məktəblə əlaqə saxlamalıdırlar. O zaman təhsilimizdə ağır problemlər yaranmaz. Sertifikatlaşdırma prosesini müsbət hesab edirəm və nəticələrini bir neçə il sonra görəcəyik. Təhsil bizim ümumi işimizdir, daim sağlamlaşdırılmasına çalışmalıyıq”.
Bu bölməyə aid digər xəbərlər
Avtobus və metroların gedişhaqqı 50 qəpik OLDU
2024-06-30 21:10:00
Sabahın havası meteohəssas insanlar üçün əlverişli olacaq
2024-06-30 16:09:11
DİM abituriyentlərə müraciət edib
2024-06-30 15:35:33
Hərbi institutda tədbir keçirilib
2024-06-30 14:29:50
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
2024-06-29 18:00:00
Plastik şüşələrdən su içmək diabet riskini artırır
2024-06-29 17:33:29
Mədəniyyət Nazirliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulacaq
2024-06-29 16:53:00
Azərbaycan güləşçiləri “Asiya uşaqları” Oyunlarında 3 medal qazanıblar
2024-06-29 16:47:09
Məktəblilər Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər
2024-06-29 13:31:26
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
2024-06-29 11:55:40
kitabı
ÇOX OXUNANLAR
21 İyun 2024, 15:00
Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM
21 İyun 2024, 11:46
Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI
27 İyun 2024, 16:47
Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI
24 İyun 2024, 16:02
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
27 İyun 2024, 15:38
Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA
21 İyun 2024, 13:43
Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB
21 İyun 2024, 16:43
Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI
22 İyun 2024, 12:31
21 faiz müəllim 51-60 bal toplayıb
FACEBOOK