Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-28 14:37:29
Bu il Türkiyənin 5 ali məktəbi ilk 500 universitet siyahısına daxil olub

Dünyanın ən yaxşı universitetləri siyahısında Massaçusets Texnologiya İnstitutu (MIT) yenə birinciliyini itirməyib.

 

AzEdu.az xəbər verir ki, "QS 2025 World University Rankings" açıqlanıb.

 

Məlumata görə, ABŞ-ın aparıcı universitetlərindən olan MIT 13-cü dəfə siyahının başında adını yazdırıb. MIT-i London İmperial Kolleci və Oksford Universiteti izləyir.

 

Harvard Universiteti bu il 96,8 balla 4-cü yerdə qərarlaşıb. Sonrakı yerdə 96,7 balla Kembric Universiteti gəlir.

 

Bu il Türkiyənin 5 universiteti ilk 500 universitet siyahısına daxil olub. ODTÜ 285-ci, İstanbul Texniki Universiteti 326-cı, Koç Universiteti 401-ci, Boğaziçi Universiteti 418-ci, Bilkent Universiteti 477-ci pillədə qərarlaşıb.

  

Reytinqdə istifadə olunan meyarlar aşağıdakılardır:

 

- Akademik reputasiya və işəgötürən reputasiyası

- Fakültə-tələbə nisbəti

- Bir müəllimə düşən istinad sayı

- Beynəlxalq fakültə nisbəti

- Beynəlxalq tələbə nisbəti

- Beynəlxalq tədqiqat şəbəkəsi

- Məşğulluq nəticələri

- Davamlılıq/Dayanıqlılıq