![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1-nar_101.jpg)
Bakı Mühəndislik Universitetində (BMU) 26 iyun - Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində “Biz narkotikə yox deyirik” adlı seminar təşkil olunub.
AzEdu.az-a universitetdən bildirilib ki, tələbələrdə antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi daşıyan tədbirdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə narkomaniyanın bütün dünyada yayılmasından, problemin yaratdığı ciddi fəsadlardan danışıb. Bildirib ki, narkomaniya bəşəriyyət üçün ciddi bir təhdiddir, gənclərin sağlamlığına, cəmiyyətin intellektual potensialına zərbə vurur, genefondun məhv olmasına gətirib çıxarır. Bu bəlaya qarşı Azərbaycanda dövlət səviyyəsində atılan addımları, aparılan sistemli maarifləndirmə işlərini qeyd edən prorektor ölkəmizdə mübarizə tədbirlərinin təmin olunması sahəsində fəaliyyəti tənzimləyən zəruri qanunvericilik bazasının yaradıldığını vurğulayıb.
Bayram Hüseynzadə deyib ki, Azərbaycan narkotiklərlə mübarizə istiqamətində qlobal əməkdaşlığı hər zaman dəstəkləyib, bununla bağlı bir sıra dövlətlərlə ikitərəfli və çoxtərəfli sazişlər imzalayıb. Prorektor uzun illər görülən tədbirlərin nəticəsi kimi ölkəmizdə narkomaniya ilə mübarizədə ciddi nəticələrin əldə edildiyini söyləyib.
Universitetin Ümumi fənlər kafedrasının müdiri Hümeyrə Mustafayeva çıxışında gənclər arasında narkomaniya ilə bağlı maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətinə toxunub. Qeyd edib ki, narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifə kimi qarşıda dayandığından anti-narkotik təbliğatının davamlı aparılması vacib şərtdir. Kafedra müdiri gənclərin asudə vaxtının səmərəli təşkilini, onların ictimai-sosial aksiyalarda fəallığını, könüllülük fəaliyyətinə cəlb olunmasını da pis vərdişlərə qarşı mübarizənin effektiv yollarından biri kimi qeyd edib.
Tədbirdə digər çıxış edənlər də narkomaniyanın ictimai təhlükəliliyinə diqqət çəkib, cəmiyyət üçün törətdiyi real təhlükələrdən danışıb, maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Sonra tədbirdə maarifləndirici videoçarx nümayiş etdirilib, tələbələrin sualları cavablandırılıb.
kitabı
![Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM](https://azedu.az/uploads/news/2024/06/azedu.az_448643250_869387981900556_5469259988639284040_n_163.jpg)
![Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_114640_133.png)
![Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI Sertifikasiyada fənlər üzrə 0-29 bal nəticəsi olan rayonların SİYAHISI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1693640778_teacher_exam_060922_1_(2)_829.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA Növbəti sertifikasiyada hansı fənn müəllimləri iştirak edəcək? - AÇIQLAMA](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1687245153_16869259804265122431_869.jpg)
![Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_134132_95.png)
![Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_164328_923.png)
![21 faiz müəllim 51-60 bal toplayıb 21 faiz müəllim 51-60 bal toplayıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240622-WA0031_616.jpg)