2018-11-04 16:43:00
Valideynlərin müəllimlərə dediyi ən qəribə və maraqlı cümlələr
AzEdu.az müəllimlərdən valideyn iclaslarında eşitdikləri ən qəribə cümlələri təqdim edir:
- “Facebookda dostluğumu qəbul edərsiniz? Beləcə, tapşırıqla bağlı sualım olduqda daha tez cavab verə bilərsiniz. Mənim üçün daha asan olar”.
- “Bayramdan bir həftə əvvəl oğlumla birlikdə ailəcə səyahətə çıxacağıq. O həftə çox önəmli şeylər keçməsəniz, olar?”
- “Bağışlayın, bir az xəyal qırıqlığına uğramış haldayıq, başqa bir müəllimin sinfində olmağı ümid edirdik, əslində”.
- Valideynlər: “Şuluqluq etsələr, uşaqlarımıza vurmaq məsələsində rahat ola bilərsiniz”,
Müəllim: “Heç elə şey olar?”
Valideynlər: “Yox, xahiş edirik, biz çox ciddiyik”.
- “Qızım hamsterini məktəbə gətirməyinə icazə vermədiyinizi dedi. Bu, çox rasist bir davranışdır”.
- “Testlərə zaman məhdudiyyəti qoymasanız, olmur? Oğlumun tələsdirilməkdən heç xoşu gəlmir”.
- “Müəllimliyin fərq yaratmaq olduğunu zənn edirdim, amma, bəlkə də, sizin üçün hər şey sadəcə tətillərdən ibarətdir”.
- “Vergilərimi ödəyirəm, dolayısı ilə sizin maaşınızı da ödəyən mənəm. Ona görə də dediklərimi dinləyin”.
- “Sinfiniz üçün bir az daha enerji sərf edə bilərsiniz? Onsuz da, bütün yay tətil edəcəksiniz, buna görə də bir az daha güc sərf edin, zəhmət olmazsa. Ümid edirəm ki, kobudluq etmək istəmədiyimi başa düşürsünüz. Mən sadəcə uşaqlarımın gələcəyini düşünürəm”.
- Qızımın sizin dərsinizdən başqa digər bütün dərslərdən yüksək qiymətlər almasının səbəbini mənə açıqlaya bilərsiniz, zəhmət olmazsa? Sizin müəllimliyinizdə bir problem var?”
- “Əgər şagirdlərinizin müəyyən məktəb vəsaitləri almalarını istəyirsinizsə, niyə onları almaq məsuliyyəti bizim boynumuzdadır? Sinif sizindirsə, bu məsuliyyət də sizdə olmalıdır”.
- “Sizdən fərqli olaraq, mənim sosial elmlər deyil, psixologiya diplomum var. Sinfi necə idarə etməyinizlə bağlı məsləhətlər verdiyimdə mənə daha çox hörmət göstərməlisiniz”.
- Uşaqlarını məktəbdən tam vaxtında götürməli olduğunu öyrənən valideynin reaksiyası: “İşləməliyəm mən! Müəllimənin vəzifəsi valideynlərin işləməsinə şərait yaransın deyə uşaqlara baxmaq deyil?!” (egitimpedia)
Bu bölməyə aid digər xəbərlər
Ağdaşda yolu keçən azyaşlını avtomobil vuraraq, öldürüb
2024-04-10 10:47:52
Çirkli hava yarım milyon körpənin ölümünə səbəb olur
2024-03-02 09:38:15
Bağçaya qəbul qaydası - VİDEOİZAH
2024-01-31 15:52:53
Bağçadan yayınan uşaqlar üçün imkanlar YARADILIR
2024-01-18 10:30:20
Bağçalara müdir vəzifəsinə sənəd qəbulu davam edir
2023-12-24 09:49:28
175 məktəbəqədər təhsil müəssisəsində monitorinq aparılıb
2023-12-20 11:04:46
Bağlı qapı arxasında qalan 3 yaşlı uşaq belə xilas edildi - VİDEO
2023-12-14 10:50:53
Yaşayış binasındakı yanğın söndürüldü: Bağça uşaqları təxliyə edilib
2023-12-12 15:22:44
Ailə tipli bağça modelinin tətbiqi nəzərdə tutulur
2023-12-11 10:40:00
50 bağçada keyfiyyət təminatının monitorinqi aparılıb
2023-12-11 10:20:50
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
22 Aprel 2024, 09:57
7 aprel buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
FACEBOOK