![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_1718556883_17185563442241033838_1200x630_436.jpg)
Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında Avropa birinciliyində üç qızıl medal qazanıb.
AzEdu.az xəbər verir ki, 61 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı birdən qaldırma hərəkətində 102 kiloqram çəkini başı üzərinə qaldıraraq bu hərəkətdə birinci yeri tutub.
O, eyni uğura təkanla qaldırma hərəkətində də nail olub. 125 kiloqramı ram edən atlet yenə də rəqiblərini qabaqlayaraq qızıl mükafata sahib çıxıb.
Cəmi 227 kiloqram (102+125) nəticə ilə yekun sıralamada da hər kəsi üstələyən Kamran Xappayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəki dərəcəsində çıxış edən Əbdülhüseyn Hüseynov isə cəmi 207 kiloqram (95+112) nəticə ilə yekun sıralamada 6-cı yeri tutub.
Qeyd edək ki, 36 ölkədən 461 (218 qız + 243 oğlan) idmançının iştirak etdiyi yarışa iyunun 24-də yekun vurulacaq.
kitabı
![Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM](https://azedu.az/uploads/news/2024/06/azedu.az_448643250_869387981900556_5469259988639284040_n_163.jpg)
![Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_114640_133.png)
![Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU](https://azedu.az/uploads/news/2024/06/azedu.az_05-30.08.22-02_932.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_134132_95.png)
![Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_164328_923.png)
![21 faiz müəllim 51-60 bal toplayıb 21 faiz müəllim 51-60 bal toplayıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240622-WA0031_616.jpg)
![Sertifikasiyadan 53 bal yığan müəllim: Suallar çətin olmasa da, həyəcanlı idim Sertifikasiyadan 53 bal yığan müəllim: Suallar çətin olmasa da, həyəcanlı idim](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_113003_150.png)