Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-25 13:22:32
Bakıda 21 mindən çox uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 971 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

 

Təhsil idarəsindən AzEdu.az-a bildirilib ki, məktəbəhazırlıq qruplarına 21 min 530 uşaq cəlb olunub.

 

Ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına cəlb olunmuş beşyaşlılara 2212 resurs dəst paylanıb.