Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-04 12:22:00
"Qəbul imtahanlarının yoxlanılmasında subyektivlikdən söhbət gedə bilməz" -Şöbə müdüri

“Qəbul imtahanının cavabları elan olunanda şagirdin nəticəsinin skan olunmuş sürəti və sualı yoxlamaq üçün meyarlar göstəriləcək. Həmin meyarlar əsasında şagird özü də yazdığını yoxlayıb qiymətləndirə bilər. Əgər iki markerin qiymətləndirməsində fərq yaranarsa, sual 3-cü markerə göndəriləcək”

AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil Tv-yə açıqlaması zamanı Dövlət İmtahan Mərkəzinin şöbə müdüri Natiq Əliyev deyib. Onun sözlərinə görə, DİM tərəfindən yazı işlərinin yoxlanması üçün xüsusi alqoritmlər hazırlanıb:

“Yazı işləri təqdim olunandan sonra onlar skayner vasitəsilə skan olunacaq. Cavab kartları xüsusi kodla kodlaşdırılır, şagirdin ad soyadı kəsilərək ayrıca fayl şəklinə salınır. Abituriyentlərin bütün işlərini bir müəllim yoxlamayacaq. Hər sualın qiymətləndirilməsi üçün meyarlar hazırlanıb.

Qəbul imtahanının cavabları elan olunanda şagirdin nəticəsinin skan olunmuş sürəti və sualı yoxlamaq üçün meyarlar göstəriləcək. Həmin meyarlar əsasında şagird özü də yazdığını yoxlayıb qiymətləndirə bilər. Əgər iki markerin qiymətləndirməsində fərq yaranarsa, sual 3-cü markerə göndəriləcək.

Yaradılan alqortmin sayəsində subyektivlik faktorunun qiymətləndirməyə təsiri mümkün deyil”

Xatırladaq ki, 2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. ər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub.

I blok – Riyaziyyat, Fizika, Kimya

II blok-Riyaziyyat, Coğrafiya, Tarix

III blok – Azərbaycan(rus) dili, Tarix, Ədəbiyyat

IV blok – Biologiya, Kimya, Fizika

Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Yazılı şəkildə cavablandırılması tələb olunan test tapşırıqlarında abituriyentlərin dünyagörüşü, təxəyyülü, düşüncə və özünüifadə bacarıqlarının yoxlanılması nəzərdə tutulub. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abituriyent cavabı özü tapacaq. Bu suallar tədris proqramını tamamilə əhatə edəcək. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları