Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-28 14:34:00
Məktəblilər arasında çempionat keçirilib
"Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatı keçirilib.
 
Bu barədə AzEdu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, mayın 25-də məktəblilər arasında "Bir kərə yüksələn bayraq" adlı intellektual məktəb çempionatının zona mərhələsi keçirilib.
 
Çempionat respublikanın bütün rayonlarını əhatə etməklə paytaxtda və 11 regionda təşkil olunub.
Bakı şəhəri və regionlarda təşkil olunan çempionatda 130 komandanın tərkibində ümumilikdə 1000-ə yaxın məktəbli mübarizə aparıb.
 
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin intellektual və yaradıcılıq bacarıqlarının inkişafına kömək etmək, yüksək yaradıcılıq qabiliyyətinə, intellektual potensiala və müxtəlif sahələrdə dərin biliklərə malik gəncləri aşkar etməkdir.