Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-03-18 12:05:00
Bağça müəllimlərinin sertifikasiyası: 6 minə yaxını təhsilsizdir...

2024-cü ildə Azərbaycan orta ümumtəhsil məktəblərində çalışan 31 min müəllim sertfikatlaşdırma prosesinə cəlb olunacaq. Gələn ildən isə həm də tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılması başlanacaq.

 

Tərbiyəçi- müəllimlərin sertifikatlaşdırılmasında onların hansı bacarıqları yoxlanılmalıdır?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil ekserti Elşən Qafarov bildirib ki, məktəbəqədər təhsil müəssisələrində 6 minə yaxın təhsilsiz tərbiyəçi-müəllim fəaliyyət göstərir:

 

“Tərbiyəçi - müəllimlərin sertifikasiyasında məktəbəqədər təhsil proqramı, dövlət standartları, uşaq psixologiyası və məktəbəqədər təhsillə bağlı hüquqi normativ bilik səviyyələri yoxlanılacaq. Hesab edirəm ki, məktəbəqədər təhsildə bizim ciddi problemlərimiz var. Araşdırmalarımıza əsasən deyə bilərəm ki, hazırda 6 minə yaxın tərbiyəçi-müəllimin təhsili yoxdur. Çox istərdik həmin müəllimlər ümumiyyətlə sertifikasiya prosesinə buraxılmasınlar. Bağçalarda sırf pedaqoji təhsili olan şəxslər fəaliyyət göstərməlidir”.