Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 17:28:00
Məktəblilərin oxuduqları heyrətamiz kitab siyahıları- QUA və AzEdu.az-ın ortaq layihəsi  

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) və AzEdu.az Təhsil Portalının birgə layihəsi olan "Məktəblinin kitabı" müsabiqəsinin 6-10-cu iştirakçılarını təqdim edirik:

"Məktəblinin kitabı" layihəsinin 6-cı iştirakçısı Azaylı Cavid Elçin oğlu 


O, Nərimanov rayonu S.Yolçuyev adına 207 saylı 3-cü sinif şagirdidir. Cavidə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik:

1. Suleyman Sani Axundov - Qorxulu nağıllar
2. A.Lindqren- Balaca və Karlson
3. Luis Kerol - Alisa möcüzələr ölkəsində
4. Şifahi xalq ədəbiyyatı
5. 100 sevimli nağıl - Qızılgül nağılları
6. Gülzar İbrahimova - Mən daha böyümüşəm
7. Cek London - Bəyaz diş
8. Reyhan Yusifqızı - Yaşıl gözlü qız
9. Robert Stevenson - Dəfinələr adası
10. Aleksandr Düma - Qraf Monte Kristo
11. Redyard Kiplinq - Mauqli
11. Azərbaycan nağılları

"Məktəblinin kitabı" layihəsinin 7-ci iştirakçısı Xəlilzadə Nihal Ramin qızı


O, Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin 3-cü sinif şagirdidir. Musiqi məktəbində Piano üzrə 2-ci sinifdə təhsil alır. Gələcəkdə diplomat olmaq arzusundadır. Nihala layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik.

1. C.Məmmədquluzadə - İki alma
2. Zahid Xəlilin hekayələr
3. Ə.Haqverdiyev - Sərçə
4. N. Gəncəvi - Fitnə, Kərpickəsən kişinin dastanı 
5. Mark Tven - Şahzadə və dilənçi
6. Şarl Perron - Yatmış gözəl, Küllücə 
7. Qrimm qardaşları - Pamuk prenses, Rapunzel 
8. 12 rəqs edən şahzadə nağılı

"Məktəblinin kitabı" layihəsinin 8-ci iştirakçısı Quliyev Həsən Elnur oğlu


O, Nizami rayon 62 saylı məktəb-liseyin 6-cı sinfində oxuyur. Həsənə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik. 

1.Damda yaşayan Karlson yenə də dəcəllik edir (Astrid Lindqren)
2.Damda yaşayan Karlson(A.Lindqren)
3.Lönneberqalı Emil hələ ölməyib a (A.Lindqren)
4.Uzuncorab Pippi səfərdə (A.Lindqren)
5.Lönneberqalı Emilin yeni hoqqaları(A.Lindqren)
6.Biləndər uşaq (Nuran Direk)
7.Amfibiya adam (Aleksandr Belyayev)
8.Dəniz kənarıyla qaçan alabaş (Çingiz Aytmatov)
9.Qoca və dəniz (Ernest Heminguey)
10.Sevgili peyğəmbərimiz Hz.Məhəmməd
11.Filosof uşaq (Nuran Direk)
12.Balaca şahzadə (A.Sent.Ekzüperi)
13.Orxan və gərəksiz marionetlər(D.L.Qrin)
14.Qulliverin Səyahətləri (Conatan Swift)
15.Sehrli nağıllar
16.Tarixi rəvayətlər
17.Sonuncu Mogikan (C.Fenimor Kuper)
18.Zaman maşını (Herbert Uels)
19.Məişət nağılları
20.Əli və Zümrüdün sehrli xalçası
21.Harri Potter və Fəlsəfə daşı
22.Harri Potter və Azkaban məhbusu
23.Harri Potter və Alov qədəhi
24.Harri Potter və Simurq ordeni
25.Harri Potter və Hibrid şahzadə
26.Harri Potter və ölüm yadigarları
27.O gecə yağış yağırdı (Elxan Elatlı)
28.On dördüncü adam (Elxan Elatlı)
29.Cəhənnəmdən gələn səs (Elxan Elatlı)
30.Səfillər (Viktor Hüqo)
31.Ələkeçməz yaquar (Elxan Elatlı)
32.Duyğular aləmi (Şəbnəm Əlizadə)
33.Yaşıl gözlü qız (Reyhan Yusifqızı)
34.Zamanın Əsirləri (Reyhan Yusifqızı)
35.Zəngli saatım olmasaydı
36.Çarlinin şokolad fabriki (Roald Dahl)
37.Soyuq su

"Məktəblinin kitabı" layihəsinin 9-cu iştirakçısı Ələkbərzadə Malik Emin oğlu


O, Neftçala şəhər Elton Həbibov adına 4 №li tam orta məktəbin 3-cü sinfində oxuyur. Dərs əlaçısıdır. Güclü riyazi biliyə və məntiqi təfəkkürə malikdir. Riyaziyyat, inşa, şahmat üzrə müsabiqələrin qalibi olub. Bununla yanaşı, gözəl rəqs edir və ictimai işlərə maraq göstərir. Ən böyük arzusu polis olub xalqa xidmət etməkdir.

Malikə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik. 

1.Nehir Aydın Gökduman - Balaca qızın sevinci
2.Zeynep Kayadelen - Hörümçək tuneli
3.Həkimoglu İsmayil - Uşaq ensiklopediyası
4.Redyard Kiplinq - Mauqli
5.Ərsin Osman Söyüdlü - Zəngli saatım olmasaydı
6.Usaq folkloru
7.Mark Tvenin - Tom Soyyerin macəraları
8.Cığal sərçə
9.Qəribə bulaq
10.Molla yolda 
11.Kirpi və alma

"Məktəblini kitabı" layihəsinin 10-cu iştirakçısı Cavid Rəşad oğlu Gözəlov


Onun 10 yaşı var, 49 saylı məktəbin şagirdidir. Cavidə layihəmizə qoşulduğu üçün təşəkkürümüzü bildirir və onun ədəbiyyat siyahısını təqdim edirik.

1) A.Belyayaev: Professor Douelin başı
2) Jül Vern: Sirli ada
3) Herbert Uells: Zaman maşını
Görünməz adam
4) A.Konan Doyl: Baskervillərin iti
5) A.Kristi: Qəhvəyi kostyumlu kişi
6) Meri Şelli: Frankenşteyn
7) R.Yusifqızı: Zamanın əsirləri
8) Jül Vern: On beş yaşlı kapitan
9) Ceff Qunhus: Cek Templer