Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 10:36:00
V ixtisas qrupu üzrə yeni qəbul qaydalarının izahlı forması – AzEdu.az-dan oxu

2019-cu ildən qəbul imtahanları  kurikulum sistemi əsasında təşkil olunacaq.

Ən çox sual doğuran məqamlardan biri də V ixtisas qrupu ilə  bağlıdır.

AzEdu.az V ixtisas qrupu üzrə qəbul qaydalarını izahlı formada təqdim edir:

V ixtisas qrupu və orta ixtisas təhsili müəssisələri (kolleclər) üzrə müsabiqə buraxılış imtahanının nəticələrinə əsasən aparılacaq. V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

İzahı: Abituriyentlər bəzi universiterlərdə xüsusi qabiliyyət tələb edən ixtisaslara və kolleclərə qəbul olunmaq üçün V qrup üzrə imtahan verməlidirlər.

V ixtisas qrupu= Buraxılış imtahanı

Buraxılış imtahanı= Azərbaycan dili, Riyaziyyat, Xarici dil.

V ixtisas qrupunun ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əlavə olaraq qabiliyyət imtahanı da verəcəklər.

İzahı: Əgər, qəbul olunmaq istədiyiniz ixtisas xüsusi qabiliyyət tələb edirsə ( abituriyent jurnalında belə ixtisaslar ulduzla işarə olunur) siz buraxılış imtahanından əlavə seçdiyiniz ixtisasa uyğun qabiliyyət imtahanı verməlisiniz. Yalnız imtahandan müsbət nəticə əldə etdiyiniz halda kolleclərə və ya ali məktəblərin müsabiqəsində iştirak edə bilərsiniz.

Yalnız V qrup üzrə ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə buraxılış imtahanının nəticəsi əsasında iştirak etmək mümkündür. Ali təhsil müəssisələrinin bakalavr pilləsində təhsil almaq üçün V qrup istisna olmaqla, qəbul imtahanında iştirak vacibdir.

İzahı: Bu o deməkdir ki, ali məktəbə daxil olmaq üçün V qrupdan başqa yerdə qalan bütün qruplar üzrə qəbul imtahanında iştirak etmək vacibdir.

Buraxılış imtahanından topladıqları baldan asılı olmayaraq şagirdlər qəbul imtahanında iştirak edə biləcəklər.

Əvvəlki illərin məzunuları isə buraxılış imtahanı modelində Azərbaycan dili, İngilis dili və Riyaziyyatdan imtahan verməlidirlər.

İmtahan 1 mərhələdə keçirilir (imtahan müddəti - 3 saat)

Xatırladaq ki, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları