Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-31 09:11:00
Xaçmazda yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil ediləcək

Xaçmaz şəhərində yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil ediləcək.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata əsasən, 3 noyabr 2018-ci il tarixdə saat 09:00-da Xaçmaz şəhərində Akademik Z.Əliyeva adına 8 nömrəli tam orta məktəbdə (Xaçmaz şəhəri, H.Z.Tağıyev küç., 78) Azərbaycan dili, coğrafiya, tarix, riyaziyyat, ingilis dili, biologiya, rus dili və kimya fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edəcək.  


Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramlarla (kurikulumlar) məlumatlı olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər, metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak edə bilərlər.