Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 17:03:15
Nazir müavini təqdimat mərasimində iştirak edib

Aprelin 26-da “Elektron tibbi arayış” xidmətinin təqdimat mərasimi keçirilib. 

 

Bu barədə nazirlikdən AzEdu.az-a xəbər verilib.

 

Bildirilib ki, təqdimat mərasimində çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, ən çox tələb olunan tibbi arayışlar artıq elektronlaşdırılıb. Bununla da tibb müəssisələrindəki növbələr aradan qaldırılacaq. 

 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, Elm və Təhsil Nazirliyi əhatə dairəsinə görə vətəndaşlara göstərilən elektron xidmətlər üzrə ölkənin ən böyük müəssisələrindən biridir. Buraya yalnız ali təhsildə qeydiyyat üçün hər il 65 mindən çox vətəndaş müraciət edir. Bu proses son 2 ildə elektronlaşdırılıb. 

 

Nazir müavini əlavə edib ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən vətəndaşlara göstərilən daha bir xidmətin inteqrasiyası sahəsində işlər aparılır. 


 
Təqdimatda qeyd olunub ki,  arayışların elektron qaydada verilməsinə başlanılması vətəndaşlarda məmnunluq hissini daha da artıracaq.

 

Sonra “Rəqəmsal tibbi həllər” MMC-nin direktor müavini Misirxan Sadıqzadə elektron tibbi arayışlar barədə təqdimatla çıxış edib. Direktor müavini tibbi arayışların elektron tərtibatı, eləcə də necə əldə olunmasına dair geniş məlumat verib.