Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 13:27:00
Olimpiada finalçıları: Mərkəzi Aran bölgəsində bu qədərdir...

Statistikalara əsasən bu il Respublika fənn olimpiadalarına ölkə üzrə 57 483 məktəbli qatılıb.

 

AzEdu.az Təhsil Portalı olaraq olimpiadada iştirak etmiş, eləcə də final turuna yüksəlmiş məktəblilərin sayı ilə bağlı regional idarələrə sorğu ünvanladıq.

 

Mərkəzi Aran Regional Təhsil İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, Respublika fənn olimpiadalarının rayon mərhələsinə 4660 şagird qeydiyyatdan keçib:

 

Şagirdlərdən 280 nəfər yarımfinal mərhələsinə yüksəlib. Yarımfinalçılardan 46 nəfər final turuna vəsiqə qazanıb.

 

Ağdaş rayonu üzrə Azərbaycan dili fənnindən 2 nəfər, tarix fənnindən 1, fizikadan 1, kimyadan 2, biologiyadan isə 1 nəfər olmaqla ümumi 7 şagird final müsabiqəsində iştirak edəcək.

 

Göyçay rayonu üzrə Azərbaycan dili fənnindən 1 nəfər, tarix fənnindən 1 nəfər, fizikadan 2, biologiyadan isə 2 nəfər olmaqla ümumi 6 şagird final müsabiqəsində iştirak edəcək.

 

Kürdəmir rayonu üzrə Azərbaycan dili fənnindən 1 nəfər, kimyadan 1 nəfər olmaqla ümumilikdə 2 şagird final müsabiqəsinə vəsiqə qazanıb.

 

Mingəçevir rayonu üzrə riyaziyyat fənnindən 1 nəfər, tarixdən 4 nəfər, coğrafiyadan 3, fizikadan 1, kimyadan 3, biologiya fənnindən 5, informatikadan 5 olmaqla ümumi 22 nəfər final mərhələsinə yüksəlib.

 

Ucar rayonu üzrə Azərbaycan dili və tarixdən hər birindən 1 nəfər olmaqla ümumilikdə 2 nəfər finalda iştirak hüququ qazanıb.

Yevlax rayonu üzrə tarix fənnindən 2, biologiyadan isə 1 nəfər olmaqla ümumilikdə 3 nəfər finala vəsiqə qazanıb.

 

Zərdab rayonu üzrə Azərbaycan dili və fizikadan 1, coğrafiyadan isə 2 nəfər olmaqla ümumi 3 şagird final mərhələsinə yüksəlib.