Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 17:10:00
Yeni təyin olunan icra başçılarının təhsili – Doktorant, sabiq AMEA direktoru

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinə, Asif Əzizağa oğlu Ağayev Beyləqan Rayon İcra Hakimiyyətinə, Vüqar Teyyub oğlu Zeynalov isə Səbail rayonuna başçı təyin edilib.

AzEdu.az yeni təyin olunan icra başçılarının təhsili haqqında məlumatı təqdim edir.

Vüqar Teyyub oğlu Zeynalov Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunudur.

O, müxtəlif vaxtlarda özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının "Akademiya" kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatiya Akademiyasının (ADA) Kitab Mərkəzində direktor vəzifəsində çalışıb.

Ağayev Asif Əzizağa oğlu 1961-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olub. 1988-ci ildə V.V.Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutunu inşaatçı-mühəndis ixtisası üzrə bitirib.

Tahir Nadir oğlu Məmmədov Bakı Dövlət Universitetinin doktorantıdır. Bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazirin müşaviri və şöbə müdiri vəzifələrində çalışıb. O, eyni zamanda, Heydər Əliyev Fondunda şöbə müdiri vəzifəsində işləyib və Fondun bir sıra yerli və beynəlxalq layihələrində məsul şəxs olub.