Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-26 08:55:00
“Tarixdə bu gün” - 26 apreldə nələr olub?

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.

 

26 aprel tarixində baş vermiş əhəmiyyətli hadisələrə nəzər salaq.

 

26 aprel Beynəlxalq Əqli Mülkiyyət Günüdür:

 

2000-ci ildən başlayaraq Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təşəbbüsü ilə aprel ayının 26-sı dünyada “Beynəlxalq Əqli Mülkiyyət Günü” kimi qeyd edilir. Cəmiyyətin iqtisadi-mədəni inkişafının əsasında elm, elmin əsasında isə insanın yaradıcı gücü, düşüncə və təfəkkürü dayanır.

 

26 aprel 1870-ci ildə Qız Müəllim Məktəbi açıldı:

 

1870-ci ilin 26 aprelində Osmanlı dövlətində ibtidai və orta qız məktəblərində dərs keçmək üçün Darülmuallimat, yəni Qız Müəllim Məktəbi açıldı.

 

26 aprel Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günüdür:

 

1986-cl ildə Çernobıl Atom Elektrik Stansiyasında baş verən hadisə bəşəriyyət tarixində ən iri texnogen fəlakətlərdən sayılır. Çernobılda hadisə zamanı yaranan radioaktiv buludlardan təxminən 7 milyon insan zərər çəkdi.

Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin bir çoxu bu vaxta qədər müalicəni davam etdirir. Onların arasında Azərbaycan vətəndaşları da var.  

 

Birləşmiş Millətlər Təşkilatı aprelin 26–nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Gününü elan edəndən sonra 2003-cü ilin dekabrında BMT Baş Assambleyası həmin qərarı dəstəkləyib və təşkilata üzv ölkələri həmin günü qeyd etməyə çağırıb.