Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 13:11:00
"Burda müəllimlər tələbəyə “siz” deyə müraciət edirlər"- Almaniyada oxuyan soydaşımız - ANONS

“Azərbaycanda hazırda bir çox universitetlərdə - Bakı Mühəndislik Universiteti (keçmiş Qafqaz Universiteti), Bakı Ali Neft Məktəbi, ADA-da bu metod tətbiq edilir".

Yuxarıdakı fikirlər Ənvər Məmmədliyə aiddir. Yəqin, tanımadınız. Ancaq hazırda Almaniyada  oxuyan bu kreativ düşüncəli gənci tanımaq hamıya (bəlkə də, hamıya yox) xoş olacaq... Elə isə başladıq:

Ənvər Məmmədli Almaniyanın Bergakademie Freiberg Texniki Universitetində “Mədən menecmenti” ixtisası üzrə magistr təhsili alır. Ə. Məmmədli 2016-2017-ci illərdə Azərbaycan TEDx tədbirinin təşkilatçısı olub. O, həmçinin, “Horizon Education Agency”nin təsisçilərindən biridir.

Gənc fəal müsahibə zamanı qeyd edir ki, Almaniya təhsil sistemi ilə aramızdakı  ən böyük fərq Azərbaycanda tələbələrə araşdıraraq öyrənməyin tam aşılanmamasıdır.

AzEdu.az müsahibədə toxunulan maraqlı detalları diqqətə çatdırır:

“Almaniyada müəllimlər, uşaqları özlərinin araşdırıb yeniliklər öyrənməsinə sövq edirlər. Şəxsən öz başıma gələn bir hadisəni sizə deyim: müəllim “yeraltı suların kimyası” fənnindən bir mövzunu izah etdi. Dərs bitdikdən sonra müəllimə yaxınlaşıb, bu məsələnin başqa bir yolla həll ola biləcəyini soruşduğum zaman müəllim mənə cavab olaraq, - "Əslində, sizin dediyiniz yol da düzgün ola bilər, mən heç o üsulu düşünməmişəm, düşünüb sizə gələn dərs dəqiq cavab deyərəm" – deyərək cavabladı.

Burda müəllimlər tələbəyə həqiqətən “siz” deyə müraciət edirlər. Azərbaycanda rastlaşdığım hal isə belə idi - "Keç otur yerində! Burda müəllim mənəm, yoxsa, sən?!" 

Bizim universitetlərdə vəziyyət həqiqətən çox gülməlidir.

Bildiyim qədərilə, hazırda Azərbaycanda bir çox universitetlərdə - Bakı Mühəndislik Universiteti (keçmiş Qafqaz Universiteti), Bakı Ali Neft Məktəbi, ADA-da bu metod tətbiq edilir”.

Qeyd edək ki, Ənvər Məmmədli ilə geniş müsahibə yaxın günlərdə AzEdu.az-da yayımlanacaq.