Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 11:15:00
Məktəblilər üçün çox maraqlı və vacib layihə - QUA və AzEdu.az-dan şagirdlərə əla fürsət

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə ədəbiyyata, mütaliəyə maraq yaratmaq üçün AzEdu.az Azərbaycan Təhsil Portalı ilə birlikdə "Məktəblinin kitabı" layihəsinə start verib.

Layihədə iştirak etmək üçün hər bir məktəbli,

-kitabla olan fotosu; 
-oxuduğu məktəbin adı, sinif;
-özü haqqında kiçik informasiya;
-sevdiyi yazıçı və əsərlərin siyahısını göndərməlidir.

Bu materiallar QUA-nın və AzEdu.az –ın feysbuk və instaqram səhifələri, həmçinin [email protected] mail ünvanına göndərilə bilər.


Qeyd edək ki, siyahılar (məktəblilərin sevdiyi yazıçı və şairlər) günaşırı AzEdu.az təhsil portalında, eləcə də portala məxsus sosial şəbəkə səhifələrində (Feysbuk, İnstaqram) paylaşılacaq.

  QUA-nın isə feysbuk və instaqram səhifəsində hər gün yayımlanacaq.

Bu, həm həmin məktəblinin ictimai təqdimatı, həm də oxuduğu əsərlərin digər uşaqlar arasında təbliğatı olacaq. Sonda həmin uşaqlarla görüş keçirib, fikirləri, oxuduqları əsərlər haqda təəssüratla tanış olacağıq.

Ən bəyənilən fikir sahibi olan məktəblinin mətbuata müsahibəsi və uşaqlara təlimi təşkil olunacaq, xüsusi hədiyyə ilə mükafatlanacaq.

Bütün bu proseslər zamanı QUA və AzEdu.az-ın çəkiliş komandası müzakirə, təltifetmə mərasimi, həmçinin, ayrı-ayrı müsahibələri video formatında hazırlayaraq, yayımlayacaq. Həmçinin, başqa televiziya nümayəndələri də bu prosesdə iştirak edəcək.

Qalib məktəblilər təltifnamə ilə yanaşı, rəmzi hədiyyələrlə də mükafatlandırılacaqlar. Qalibləri ölkənin tanınmış ədəbiyyat və təhsil adamları müəyyənləşdirəcək. 

Digər ən aktiv məktəblilər arzuladıqları bədii kitabı bu layihə çərçivəsində qazana biləcəklər.

Burda məqsəd həm də uşaqların kiçik yaşdan sosiallaşmasına, ictimai həyat və məsuliyyəti dərk etməsinə şərait yaratmaq, sağlam rəqabət yaratmaqdır.

Qeyd: Layihə paytaxt və bölgə məktəblilərinə şamil edilir.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: [email protected]
Facebook:  https://www.facebook.com/sevincfdeai
tel: 012-561-35-40 

AzEdu.az 
e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: https://www.facebook.com/azedu.az