Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-30 09:49:25
Deputat rektorları bir-bir təbliğ etdi - Maraqlı təşəbbüs

“Bu gün feysbuk səhifəmdə "Rektorlarımızı tanıyaq " adlı layihəm başa çatır”

AzEdu.az xəbər verir ki, bunu şəxsi facebook səhifəsində deputat Aydın Mirzəzadə qeyd edib. Onun sözlərinə görə, “rektorlarımızı tanıyaq” qeyri-kommersiya xarekteri daşıyıb:

“Layihəni özüm hazırladıqdan sonra sosial şəbəkə izləyicilərinə təqdim edildi.  Azərbaycan Respublikasında 51 ali məktəbin 20-i Təhsil Nazirliyinin,13 - ü digər nazirlik və dövlət komitələrinin tabeliyindədir . 11-i özəl, 7 - i isə xüsusi təyinatlı ali təhsil müəssisələridir. Ali məktəblərimiz cəmiyyətimizin sabahının təminatçıları, rektorları isə kapitanlarıdır. Onlar bizim fəxrimiz, bizim mənəvi zənginliyimizdir. Onları tanıyaq və tanıdaq”.

Xatırladaq ki, 5 yanvarda başlayan layihə bu gün çatıb. Layihə çərçivəsində deputatın şəxsi facebook hesabında rektorlar və onlar haqda məlumatlar izləyicilərə təqdim edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları