Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 13:45:00
Ədalət Muradovun təklifinə reaksiya: “Ali təhsil üçün faydalı olacaq”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edib.

 

Belə ki, bununla bağlı rektor rəsmi səhifəsində paylaşım edib.

 

Maraqlıdır, Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklifi gələcəkdə hansı müsbət effektlər verə bilər?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Millət vəkili Etibar Əliyev qeyd edib ki, ali təhsil sistemində ciddi islahatlara ehtiyac var:

 Etibar Əliyev komitə iclasına dərman gətirdi

“Rektor Ədalət Muradovun Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyasının yaradılması təklifini çox müsbət qarşılayıram. Çünki ali təhsildə ciddi islahatlara ehtiyac olduğunu görürük. Hesab edirəm ki, universitetlərə birmənalı olaraq maliyyə müstəqilliyi verilməlidir. Həmçinin tədqiqat Universitetlərinin yaradılması prosesi sürətlənməyə başlamalıdır. Ali məktəblər özünəməxsusluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır.

 

Bununla yanaşı universitetlərdə Distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmaq barədə düşünmək lazımdır. Ali təhsil müəssisəsində kitabxanalar daima yenilənməli, universitetlərarası kitabxana kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir.

Düşünürəm ki, universitetlər cəmiyyətə transformasiya olunmalı, pozitiv sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımağı bacarmalıdır. Bundan əlavə universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir”.

 

Deputat elmin populyarlaşmasında ali məktəblərin böyük rolu olduğunu qeyd edib:

 

“Ali məktəblərin tədqiqatları ilə praktik məsələləri (tədqiqatların tətbiqini) həll etmək, elmin populyarlaşdırılmasında maraqlı olmaq lazımdır.

 

Qeyd etmək istərdim ki, universitetlərdə elmi istiqamətlər birləşdirməli, Disiplinar sərhədləri aşmaqla yeni biliklər yaradılmalıdır. Lokal - milli və Beynəlxalq problemləri qavrama yönümündə Qlobal fəaliyyətlə bağlı universitetlər məşğul olmalıdırlar. Silokon vadisinin yaradılması universitetlərin işidir. Bu istiqamətdə ciddi addımlar atılmalıdır. Bütün bu işlərin reallaşmağı üçün belə bir komissiyanın yaradılmasına ehtiyac var idi”.

 

Deputat Hikmət Məmmədovun sözlərinə görə Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılması təklifi çox faydalı və yararlı ideyadır:

 

 https://img.baki-baku.az/news/2020/08/photo_418.jpg

“Azərbaycanda təhsil islahatları ardıcıl, davamlı olaraq həyata keçirilir. Hesab edirəm ki, bu prosesdə kifayət qədər təcrübəli, təhsilin problemlərini analiz və təhlil etməyi bacaran şəxslərdən biri kimi Ədalət müəllimin sözügedən təklifi təhsilimizin keyfiyyətinin daha da yaxşılaşdırılmasına xidmət edəcək.

 

Çünki təhsil daima inkişafda olan sahədir. Hər gün yeni yanaşmalar tələb edir. Professor Ədalət Muradovun irəli sürdüyü təklifin mahiyyəti bundan ibarətdir və düşünürəm ki, təhsilin inkişafı üçün bu təklif faydalı və yararlı ola bilər”.