Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 12:28:10
Qazax-Tovuz bölgəsində 8 şagird inklüziv təhsilə cəlb olunub

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində də inklüziv təhsilə 8 şagird cəlb edilib.

 

Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.


“İnklüziv təhsil regionu əhatə edən 3 məktəb də - Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə, Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 nömrəli tam orta məktəbdə və Tovuz rayon N.Tusi adına təbiət və texniki fənlər təmayüllü məktəb-liseydə təşkil edilib”.


Qeyd edək ki, növbəti tədris ilində inklüziv təhsilinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulub.